Çörək qırıntısı menyusu
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a6/Breadcrumb_navigation_in_Nautilus.png/220px-Breadcrumb_navigation_in_Nautilus.png)
Çörək qırıntısı menyusu (ing. breadcrumb menu) — veb-səhifədə yerləşən və iyerarxik təşkil olunmuş veb-saytda həmin səhifənin yerini bildirən menyu.
Bu menyuda sonuncudan başqa bütün elementlər, adətən, daxili hiperistinadlar olur. "Çörək qırıntısı" menyusunun adı Qrim qardaşlarının "Hansel və Qretel" nağılındakı süjetdən götürülüb: ikinci dəfə meşədə olanda uşaqlar geriyə yolu tapa bilmirlər, çünki bu dəfə onlar yola nişanə kimi kiçik daşların əvəzinə çörək qırıntıları atırlar. Çörək qırıntılarını isə meşə quşları yeyirlər.
Ədəbiyyat
- İsmayıl Calallı. "breadcrumb menu" // Rasim Əliquliyev (redaktor). İnformatika terminlərinin izahlı lüğəti (az.). Bakı: "İnformasiya texnologiyaları" / "Bakı" nəşriyyatı. 2017. səh. 93. ISBN 978-9952-434-82-8. 6 sentyabr 2023 tarixində arxivləşdirilib (PDF) (#archive_missing_url).