Çaxmaqlı (Xaçmaz)
Çaxmaqlı | |
---|---|
41°26′25″ şm. e. 48°52′13″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Çaxmaqlı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Qaraçı kənd inzibati ərazi dairəsində kənd.[1]
Ağçayın sahilində, dağətəyi düzənlikdədir. Etnotoponimdir. Mənbələrin verdiyi məlumata görə, çaxmaqlılar Qubalı Fətəli xanın dövründə (1758–1789) tayfa başçısı Şahsevən Məhəmməd xanın tabeliyində Ərdəbil ətrafından Quba xanlığına köçüb Müşkür və Şabran mahallarında məskunlaşmış səkkiz Şahsevən tayfasından biri olmuşdur.[2]
İstinadlar
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. I cild, səh. 181.