Çevik Polis Alayı

Çevik Polis Alayı
Ümumi məlumatlar
Ölkə
Tabelik Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Baş qərargah
Ünvan 8 Noyabr prospekti - 69
Rəhbərlik
Rəhbər Ramil Piriyev


Çevik Polis Alayı — Azərbaycan Daxili İşlər Nazirliyinin tərkibində olan polis taktiki bölməsi.

Haqqında

Bölmənin mərkəzi Bakı şəhərində, 8 Noyabr prospekti 69 ünvanında yerləşir. 2023-cü ildən etibarən Alay komandiri, polis general-mayoru Ramil Piriyevdir.[1]

2006-cı ilədək Çevik Polis Bölməsi Bakı Polis İdarəsinin səlahiyyətində idi.

31 iyul 2006-cı ildə bölmə ölkə səviyyəsində işləyə bilmək üçün Daxili İşlər Nazirliyinin tabeliyinə verildi.[2]

30 sentyabr 2017-ci ildən bəri qadın polislər də xidmətə başlayıb.[3][4]

Çevik Polis Alayı, 2019-cu ildəki etirazlar kimi birçox etiraz aksiyasını dağıtmaq üçün istifadə olunub.[5]

Çevik Polis Alayının komandirləri

  1. Polis general-mayoru Səhlab Bağırov (2006–2011)
  2. Polis general mayoru Zaur Abdullayev (2011–2019)
  3. Polis general mayoru Səhlab Bağırov (2019–2023)[6]
  4. Polis general-mayoru Ramil Piriyev (2023-hal-hazırda)[7]

İstinadlar