Çiştiyyə-sufi yönümlü islam təriqəti
Yaranması
Muinüddin Həsən Çişti (v.633/1236) tərəfindən qurulmuşdur. Muinüddin Çişti, Sicistanda anadan olmuşdur. Muinüddin, Buxara və Səmərqənd mədrəsələrində təhsil aldıqdan sonra Bəlx, Bağdad kimi şəhərlərə səyahət etdi. O şəhərlərdə dövrüntanınmış şeyxləri Əbdülqadir Gilani, Əbün-Nəcib əs-Sührəverdi və Nəcməddin Kübra ilə görüşmüşdür. Bir müddət "Kəşful-məhcub"un müəllifi Xucvirinin türbəsində inziva həyatı yaşamışdır. Əbu İshaq Şamiyə intisab etdikdən sonra onun yaşadığı Çişt kəndində məskunlaşdı.
Uzun illər Çişt kəndində yaşadıqdan sonra Əcmərdə vəfat etdi (v.633/1236).
Çiştiyyə Hindistan bölgəsinin ilk və ən məşhur təriqətidir. Hindistan və Pakistan bölgəsinin İslamlaşmasında olduğu kimi, orda yaşayan müsəlmanların mənəvi həyatında mühüm bir yeri vardır. Çiştiyyə təriqəti, cəhri və xafi zikr, muraqəbə, çilə və səma kimi xüsusiyyətləri özündə cəmləşdirir. Çiştiyyənin yazılı qaynaqları söhbətlər, məktubat, təsəvvüfi əsərlər, mənaqibnamələrdən
meydana gəlir.
Çiştilər, xüsusi mal və mülkün insanın Allah'dan uzaqlaşmağına səbəbiyyət meydana gətirəcəyini düşünərək, insana cazibədar gələ biləcək maddi şeylərə rəğbət etməzlərdi. Bu baxımdan irşadda
üç şeyə diqqət edərlər: "Dəniz kimi comərd, Günəş kimi şirin, torpaq kimi alçaq könüllü olmaq."
Çişti təkyələri qonaqpərvərlikdə və gəlib-gedənə xidmət etməkdə çox məşhur idilər.
Çiştiyyə Anadolu, Afrika və Avropa ölkələrinə yayılmadığı halda, Malayziya və İndoneziya'ya qədər yayılmışdır.
Mənbə
İstinadlar
Həmçinin bax
Xarici keçidlər
|
---|
Sufi anlayışlar |
Abdal • Bəqəə • Dərviş • Fəqir • Fəna • Hal • Kəramət • Həqiqət • Ehsan • İrfan • Kəşf • Lətaif • Mənzil • Mərifət • Nəfs • Nur • Qələndər • Qütb • Silsilə • Sufi kosmologiyası • Sufi metafizikası • Sufi fəlsəfəsi • Sufi ədəbiyyatı • Sufi psixologiyası • Süluk • Təzkirə • Övliya • And
|
---|
Sufi fəaliyyəti |
Nəşid • Zikr • Hədra • Müraqəbə • Qəvvali • Səma • Ziyarət
|
---|
Təriqətləri | |
---|
Tanınmış erkən sufi və mistiklər | |
---|
Tanınmış müasir sufi və mistiklər |
Baba Rexheb • Abdal Hakim Murad • Əbdülqdir as-Sufi • Əhməd Kayhan Dədə • Abdula ah Nəqşibəndi • Əhməd Ələvi • Əbdürrəhman əl-Şaquri • Aşfaq Əhməd • Qələndər Baba Auliyə • Xoca Şəmsəddin Əzimi • Məhəmməd Muhaiyəddin • Feysəl Abdul Rauf • Riaz Əhməd Gövhər Şahi • Qalib Həsən Quşçuoğlu • Qulam Mustafa Xan • Hafiz Qamaruddin Çişti Sabiri • Hişam Kabbani • Həzarat Mai Safura Qəiriyyə • Məhər Əli Şah • Məhəmməd Ələvi l-Maliki • Nazim əl-Haqqani • Seyid Vahid Əşrəf • Nuh Ha Mim Keller • Nurəddin Durki • Ömər Əli Şah • Osman Nuri Topbaş • Pir Zülfiqar Əhməd • Məhəmmd Əbdülqədir Siddiqi Qədri • Əhməd Rza Xan Bərləvi • Rəşad Fild • Sahib Qiblə Fültli • Səid Əfəndi əl-Çirkaşi • Qüdrətullah Şəhab • Sufi Bərkat Əli • Seyid Şücaət Əli Qədri • Məhəmməd Tarhir-ül-Qədri • Tahir Allauddin • Tacəddin Məhəmməd Bədrəddin • Varis li Şah • Vasif Əli Vasif • Zahin Şah Taci
|
---|
Sufizm tədqiqatçıları |
İvan Aqueli • Kurt Almqvist • Titus Burkhardt • Uilyam Çittik • Korbin • Karl Ernst • Robert Freycer • Genon • Leks Hikson • Teyc Lindbum • Linqs • Hüseyn Nasr • Annmari Şimmel • Maykl Sells • İdris Shah • Fritof Şuon • Reynold A. Nikolson • Zakir Məmmədov
|
---|
Sufizm mövzuları | |
---|