Ömər Əbu Həfs İkritişi

Ömər Əbu Həfs İkritişi
Krit əmiri
827 – 855
Əvvəlkivəzifə təsis edilib.
SonrakıŞüeyb ibn Ömər
Şəxsi məlumatlar
Doğum tarixi VIII əsr[1]
Doğum yeri
Vəfat tarixi IX əsr[1]
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Rütbəsi Əmir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ömər ibn Həfs ibn Şüeyb ibn İsa Bəlluti, sonradan Qəliz ("kök") və İkritişi ("kritli"), adətən Əbu Həfs adlanır (ərəb. أبو حفص‎; yun. Ἀπόχαψ) — IX əsrdə yaşamış Əndəlüs dəniz qulduru, Krit əmirliyinin qurucusu. O, Krit adasının ilk əmiri olmuşdur.

Həyatı

Əndəlüs mənşəli korsardır.[2][3] 816–827-ci illərdə Aralıq dənizində fəaliyyət göstərmişdir.

Kordova əmiri I Hakəmin hakimiyyəti dövründə radikal müsəlmanların iştirakı ilə bir sıra üsyanlar baş vermişdir. 805-ci və 806-cı illərdə Kordovada iğtişaşlar baş tutmuş və onlar tez bir zamanda yatırılmışdır. 814-cü ildə yenidən üsyan qaldırılmışdır. Onun iştirakçıları sarayı mühasirəyə almış, lakin Hakəm üsyançıların əksəriyyətinin yaşadığı şəhərətrafı əraziləri yandırmağı əmr etdikdən sonra onlar öz ailələrini xilas etməyə qaçmışdır. Nəticədə üsyançıların əksəriyyəti məhv edilmiş, qalanlarına isə üç gün ərzində ölkəni tərk etmək əmri verilmiş, buna riayət etməyənlər çarmıxa çəkilmişdir. Sürgün olunanlar Aralıq dənizi boyunca hərəkət edərək bir hissəsi Qərbi Afrikaya, bir hissəsi İdrisilər dövlətinə, digər hissəsi isə Misirə getmişdir.

Ömər Əbu Həfsin başçılığı altındakı 15 min nəfər 814-cü və ya 815-ci ildə İsgəndəriyyə yaxınlığında sahilə çıxmışdır. Yerli iğtişaşlardan istifadə edərək onlar şəhəri ələ keçirmişdir. Buna baxmayaraq, xəlifənin qüvvələri 827-ci ildə onları qovmuşdur.[4][5][6]

Bundan sonra onlar qırx gəmi ilə Krit adasına doğru hərəkət etmişdilər. Ömər Əbu Həfsin başçılığı ilə müsəlmanlar 827-ci ildə adanı Bizans imperiyasından asanlıqla almışdılar.[7]

Ömər Əbu Həfs adada əmirlik qurmuşdur.[8][9][10] Onun oğlu Şüeyb ibn Ömər ondan sonra hakimiyyətə gəlmişdir.[11][12] Ömər Əbu Həfsin nəslindən olan əmirlər 962-ci ilə qədər Kritdə əmir kimi hökm sürmüşdür. Bizans ordusu həmin il adanı fəth etmişdir.

Mənbə

İstinadlar

  1. 1 2 Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  2. Christides, 2015
  3. Kubiak, 1970. səh. 51–52, esp. note 3
  4. Canard, 1971. səh. 1082–1083
  5. Miles, 1964. səh. 10–11
  6. Christides, 1981. səh. 89–90
  7. Canard, 1971. səh. 1083
  8. Makrypoulias, 2000. səh. 347–350, 351
  9. Christides, 1981. səh. 89
  10. Treadgold, 1988. səh. 253–254
  11. Miles, 1964. səh. 11–15
  12. Canard, 1971. səh. 1085

Ədəbiyyat