İkixallı çöl torağayı
İkixallı çöl torağayı | |
---|---|
![]() | |
Elmi təsnifat | |
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Telluraves Klad: Australaves Klad: Eufalconimorphae Klad: Psittacopasserae Dəstə: Klad: Eupasseres Yarımdəstə: İnfradəstə: Passerida Fəsiləüstü: Sylvioidea Fəsilə: Cins: Növ: İkixallı çöl torağayı |
|
Beynəlxalq elmi adı | |
|
|
İkixallı çöl torağayı (lat. Melanocorypha bimaculata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin torağaylar fəsiləsinin çöl torağayı cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.
Təsviri
Növə bu adın verilməsinə səbəb, sinəsindəki iki qara ləkənin olmasıdır. Çöl torağayına çox bənzəyir, ondan bir az kiçik, ancağ daha iri dimdikli, qısa quyruqlu və qırmızımtıl rəngdədir. Sinə ləkələri daha kiçik, gözü tünd qara, qaşı dümağ və daha diqqətə çarpandır. Gözdən dimdiyə doğru gedən qara xətt vardır. Uçuşda, alt hissəsi boz-qəhvəyi, qısa geniş qanadları və ağ uclu qısa, amma kənarları ağ olmayan quyruğu görsənir. Quyruq naxışları və qanadları, qərbli qohumlarından ayıran xüsusiyyətləridir. Qanad ucları itidir. Göz və dimdik arasındakı qaralıq və quyruğun qırağındakı ağ xətt çöl torağayında olmur. Boyu 16-18 sm, qanad açıqlığı 37 sm və çəkisi 55 qramdır.
Yayılması
Növlər dünya miqyasında böyük yayılma arealına malikdir. Qərbi Avropadan Türkmənistana qədər yayılmışdır. Azərbaycanda yuvalamada Zuvand yaylasında, Naxçıvan Muxtar Respublikasının isə Arazboyu düzənlik və orta dağlıq zonalarında yayılmışdır. Əsas populyasiyası Culfa rayonunun İlandağ və onun ətrafındakı ərazilərdə (Baş kənd, Orta kənd və Aşağı kənd) tarla və açıq sahələrdə rast gəlinir.
Həyat tərzi
Daha yüksək, kələ-kötür və quraq ərazilərdə olur. Yüksək, yarıcöl, qayalıq bölgə quşudur. Yuvasını yerdə qurur və 3-4 ədəd yumurta qoyur. Böcək və toxumlarla bəslənirlər. Qışda dəstə halıda yaşayırlar. Ümumiyyətlə, immiqrant olan bu növ, qışı Şimal-şərqi Afrika, Orta Şərqdən Pakistan arasında, Hindistanda və Tibetdə keçirir. Qərbi Avropa üçün nadir immiqrant növüdür.
Sayı
Avropada sayı 1,000,000-2,200,000 cüt olduğu qeyd edilir. Sayı olduqca az olmaqla, Azərbaycanda, əsasən Naxçıvan Muxtar Respublikasında 100-500 cüt arasında qiymətləndirilir.
Azalma səbəbləri
Davamsız otarma və ərazlərdə əkin-biçin işləri, maşın-texnikanın hərəkəti səbəb ola bilər.
Qorunması üçün qəbul edilmiş tədbirlər
Yaşayış ərazilərinin Zəngazur Milli Parkı, Ordubad və Zuvand yasaqlığı tərkibində olması faydalıdır. Bern konvensiyasına daxil edilmişdir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
Yaşayış ərazilərində otarmanın, otların biçilməsinin, əkin işlərinin və texnikanın hərəkətinin məhdudlaşdırılması faydalı ola bilər.
İstinadlar
- ↑ Integrated Taxonomic Information System (ing.). 1999.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3