İman (model)
İman | |
---|---|
Doğum tarixi | 25 iyul 1955[1] (69 yaş) |
Doğum yeri | |
Həyat yoldaşları |
|
Uşağı | 2 |
Fəaliyyəti | aktrisa, model[d], sahibkar, avtobioqraf[d], kino aktrisası, televiziya aktrisası |
destinationiman.com | |
Vikianbarda əlaqəli mediafayllar |
İman Məhəmməd Abdülməcid (ing. Iman Mohamed Abdulmajid, doğum adı Zara Mohamed Abdulmajid; 25 iyul 1955[1], Moqadişo), mononim olaraq İman kimi tanınan, Somali əsilli amerikalı model və aktrisa.
Canni Versaçe, Tyerri Müqler, Kelvin Klein, Donna Karan və İv Sen Loran kimi dizaynerlərin ilham verici modeli olan İman həm də xeyriyyəçilik işləri ilə də məşhur idi. O, 1992-ci ildən 2016-cı ildə musiqiçi Devid Boui vəfat edənə qədər onunla evli olub.
Erkən həyat
İman Somalidə Moqadişo şəhərində müsəlman ailəsində dünyaya gəlib.[2] Anadan olanda ona Zəhra adı verilmişdi. Daha sonra ona babasının təkidi ilə uşağın maskulin şəkildə "çiçəklənəcəyinə" ümid edərək ərəbcə "iman"[3] mənasını verən İman adı verildi.[4] İmanın anası Məryəm, atasının adı isə Məhəmməd Əbdülməcid idi. Onun atası diplomat, Somalinin Səudiyyə Ərəbistanındakı səfiri,[5] anası isə ginekoloq idi. Onun iki qardaş və iki bacısı var idi.[6]
İman yeniyetmə illərində babası və nənəsi ilə yaşayıb. Amma hələ 4 yaşında ikən Misirdəki internat məktəbinə göndərilib, uşaqlığının və yeniyetməliyinin çox hissəsini orada keçirib.[7] Somalidəki siyasi iğtişaşlardan sonra İmanın atası ailəni ölkəyə köçürtsə də, daha sonra yenə atasının göstərişi ilə o, anası və bacı-qardaşları ilə birlikdə Keniyaya getdi və sonra atası və kiçik bacısı da onlara qoşuldu.[7] O, 1975-ci ildə Nayrobi Universitetində siyasi elmlər üzrə təhsil almağa başladı. Lakin model olmaq təklifini aldıqdan sonra ABŞ-yə köçməyi ilə əlaqədar təhsilini yarımçıq qoydu.[8][9]
Karyera
Model
Universitetdə olarkən İman amerikalı fotoqraf ing. Peter Beard tərəfindən model olmaq üçün təklif aldı və modellik karyerasına başlamaq üçün ABŞ-yə köçdü.[10] İlk model təcrübəsi 1976-cı ildə Vogue jurnalı üçün oldu. Tezliklə dünyanın ən nüfuzlu jurnallarının üz qabıqlarında görünməyə başladı və özünü supermodel kimi kəşf etdi.[5]
Uzun boynu, incə bədən quruluşu, incə cizgiləri və mis rəngli dərisi ilə İman moda dünyasında bir anda uğur qazana bildi.[11][12][13] İman Helmut Nyuton, Riçard Avedon, İrvinq Penn və Enni Leybovitz də daxil olmaqla bir sıra məşhur fotoqraflarla işləyib.[11]
İman öz uğurunu müxtəlif dizaynerlərdən aldığı tərbiyə, ona fərdiliyin qiymətləndirildiyi və modelin yaradıcılıq prosesinin ayrılmaz hissəsi olduğu bir dövrdə olması ilə izah edir. O, Londonda ing. TESS Management şirkəti tərəfindən təmsil olunurdu.[14]
Biznes
Iman kosmetika
İman 1994-cü ildə öz kosmetik firmasını yaratdı və diqqətini qadınlar üçün çətin tapılan çalarlara yönəltdi.[15] O, illərlə topladığı təcrübəsinə əsaslanaraq məhsulların istehsalında yaxından istirak edirdi və eyni zamanda şirkətin kommersiya siması kimi çıxış etmişdi. ing. Iman Cosmetics 2010-cu ilə qədər ildə 25 milyon dollar qazanan biznes oldu. İstehsal daha çox 4 formulada və 14 çalarda 14,99 dollar dəyərində tonal kremlər üzərində cəmlənmişdir və Walgreens saytında ən çox satılan tonal kremlər arasındadır.[16]
2012-ci ilin əvvəlində İman, Mataano moda şirkətinin qurucuları olan Somalili dizaynerlər Ayaan və İdil Mohallimlə öz kosmetik xəttinin brendləri kimi müqavilə imzaladı.[17] 2021-ci ilin sonlarında İman imzası olan "Love Memoir" ətrini buraxdı. Kəhrəba rəngli ətrin butulkası onun və ərinin həzz aldıqları gün batımına işarə verirdi. Şüşənin forması iki daşın təqlidini göstərirdi və bu, sizdən sonra gələn insanları istiqamətləndirmək üçün düz daşlar qoyduğunuzun mənəvi ritualına istinad edirdi. Bu həm də dərddən şəfa tapmaq kimi də xarakterizə olunurdu.[18]
Global Chic
Marketinq qabiliyyətinə görə İman 2007-ci ildə Home Shopping Network (HSN) şirkətinin baş direktoru tərəfindən geyim dizayn xətti yaratmaq üçün təklif aldı. Misirdəki uşaqlığından və Halstonla modellik dövründən ilhamlanan İmanın ilk kolleksiyası naxışlı kaftanlardan ibarət idi. Onun HSN-dəki kolleksiyası Global Chic adlanır.[19]
Film
İman ilk dəfə 1979-cu ildə Britaniyada çəkilmiş "İnsan faktoru" filmində və 1985-ci ildə Robert Redford və Meril Stripin baş rollarda oynadığı Afrikadan adlı Oskar mükafatına layiq olmuş filmdə rol aldı. Daha sonra o, 1987-ci ildə Kevin Kostnerlə birlikdə No Way Out triller filmində Nina Bekanı və həmin il Maykl Keinin Təslim olma adlı komedik filmində Hedi obrazını canlandırdı.
Hollivuddakı ilk ilində, 1991-ci ildə o, bir neçə film istehsalı üzərində çalışıb. Onların arasında Tim Hanterin rejissorluq etdiyi Əkizlərin Yalanları və VI Ulduz Yolu: Kəşf edilməmiş Ölkə filmləri də var idi, sonuncuda o, yadplanetli rolunu oynayıb. 1991-ci ildə House Party 2 komediyasında və 1994-cü ildə Edendən Çıxış romantik komediya filmində rol aldı.[20]
Şəxsi həyat
İman müsəlmandır. O, imanının qaranlıq anlarda ona kömək etdiyinə inanır.[21] O, beş dildə sərbəst danışır: somali, ərəb, italyan, fransız və ingilis.[22] O, iyirmi yaşında olarkən Amerika vətəndaşlığını da aldı.[23]
İman ilk dəfə 18 yaşında Somalili gənc sahibkar və Hilton hotelinin rəhbəri Həsən ilə evləndi.[24][25] Evlilik bir neçə il sonra modellik karyerasını davam etdirmək üçün ABŞ-yə köçəndə sona çatdı.[24] 1977-ci ildə İman amerikalı aktyor Uorren Bitti ilə görüşürdü.[26] Lakin elə həmin ilin sonunda o, amerikalı basketbolçu Spenser Hayvudla nişanlandı və tezliklə evləndilər. 1978-ci ildə onların qızı Zulexa Hayvud anadan oldu. 1987-ci ilin fevralında cütlük boşandı.[27]
1990-cı ildə İman Los-Ancelesdə bir dostu tərəfindən qurulan sürpriz bir görüşdə ingilis musiqiçisi David Boui ilə tanış oldu. Dostu İmanı qonaqlığa dəvət edən bərbər Teddi Antolin idi. Restorana gələndə masa arxasında yalnız dörd nəfər var idi: Antolin, Antolinin sevgilisi, İman və Boui. Axşamın sonunda Boui onu evə aparmağı təklif etdi və cavabında: "Xeyr, mən öz maşınımı sürəcəyəm". Lakin ertəsi gün onlar kofe şoplardan birində görüşdülər.[28] Boui 1991-ci ildə yazdığı instrumental əsərini onun şərəfinə "Əbdülməcid" adlandırdı, sonradan Filip Qlass tərəfindən simfoniyaya çevrildi.[29]
24 aprel 1992-ci ildə onlar İsveçrənin Lozanna şəhərində özəl mərasimdə evləndilər. Toy şənliyi isə iyunun 6-da İtaliyanın Florensiya şəhərində baş tutdu.[30] Onların qızı Aleksandra Zəhra Cons 15 avqust 2000-ci ildə Nyu Yorkdakı Mount Sinai Xəstəxanasında anadan olub.[31] İman həm də Bouinin əvvəlki evliliyindən olan oğlu Dunkan Consun ögey anasıdır. İman və ailəsi əsasən Manhettendə və Londonda yaşayırdılar.[32] Boui 2016-cı il yanvarın 10-da vəfat etdi.[33]
Biblioqrafiya
- Mən İmanam (2001)
- Rəngin Gözəlliyi (2005)
İstinadlar
- ↑ 1 2 Iman // Munzinger Personen (alm.).
- ↑ Hill Beard, Peter. I Am Iman (ingilis). Universe Publishing. 2001. ISBN 978-0-7893-0633-3.
- ↑ "Iman". Biography (ingilis). 9 April 2021. İstifadə tarixi: 2022-12-26.
- ↑ Marie Claire. "Life stories: Iman". Marie Claire UK (ingilis). 2016-12-08. İstifadə tarixi: 2022-12-26.
- ↑ 1 2 Supermodel Iman is Ottawa bound for TV show .
- ↑ "Supermodel Iman wants widespread education and earnest activism". Interview Magazine (ingilis). 2018-03-12. İstifadə tarixi: 2022-12-26.
- ↑ 1 2 Hendrikse, Wim. David Bowie – The Man Who Changed the World. New Generation Publishing. 2013. ISBN 978-0755250530.
- ↑ Leslie Halliwell, John Walker. Halliwell's Who's who in the Movies. HarperCollinsEntertainment. 2001. səh. 225. ISBN 0002572141. İstifadə tarixi: 18 January 2016.
- ↑ Mukhtar, Mohamed Haji. Historical Dictionary of Somalia. Scarecrow Press. 2003. səh. 113. ISBN 0810866048. İstifadə tarixi: 28 February 2018.
- ↑ Iman – Profiles – Project Runway Canada .
- ↑ 1 2 "INTERNATIONAL SUPERMODEL IMAN TO HOST PROJECT RUNWAY CANADA". 13 July 2011 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Herman-Cohen, Valli. "New Chapters for Iman". Los Angeles Times (ingilis). 2001-12-24. İstifadə tarixi: 2025-01-28.
- ↑ "Beauty Icon: Iman". Style.com (ingilis). İstifadə tarixi: 2025-01-28.
- ↑ Iman Portfolio .
- ↑ Working Woman, Volume 20, Issues 1–6. MacDonald Communications Corporation. 1995. səh. 67. İstifadə tarixi: 18 April 2018.
- ↑ Agins, Teri. "Iman, Former Model, to Receive Award - NYTimes.com". The New York Times. 4 June 2010. 7 June 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 March 2010.
- ↑ PAPERMAG. "Designers and Twins Ayaan and Idyl Mohallim Find Fans of Their Line Mataano the World Over". 26 July 2013. İstifadə tarixi: 4 August 2016.
- ↑ "Inside Iman & David Bowie's Scenic Home Filled With Wonderful Objects | Vogue". 8 December 2021 – www.youtube.com vasitəsilə.
- ↑ Schwartz, Suze Yalof. "Accessories 101: Iman is Globally Chic". Glamour (ingilis). 2009-05-04. İstifadə tarixi: 2025-01-28.
- ↑ "Iman". IMDb. İstifadə tarixi: 4 August 2016.
- ↑ Marshall Cavendish Reference. Illustrated Dictionary of the Muslim World. Marshall Cavendish. 2011. səh. 108. ISBN 978-0761479291. İstifadə tarixi: 27 June 2016.
- ↑ "The World of Work" (PDF). 10 February 2015 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 10 February 2015.
- ↑ Eckardt, Steph. "Iman Opens Up About Being a Refugee: "These Aren't Nameless, Faceless People"". W Magazine (ingilis). 24 September 2019. İstifadə tarixi: 4 March 2023.
- ↑ 1 2 Iman, Peter Hill Beard, David Bowie. I Am Iman. Universe Pub. 2001. səh. 54. ISBN 0789306336.
- ↑ Newsweek, Volume 86. Newsweek, Incorporated. 1975. səh. 46. İstifadə tarixi: 18 January 2016.
- ↑ Krivoshey, Bethsabée. "Tableau de chasse – Les célèbres conquêtes de Warren Beatty – Iman". Vanity Fair. 5 November 2015. 17 August 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 April 2016.
- ↑ "Spenser Haywood timeline". The Seattle Times. 25 February 2007. İstifadə tarixi: 24 April 2016.
- ↑ McNeil, Liz. "Iman & David Bowie". People Magazine. 21 November 2021.
- ↑ Pegg, Nicholas. The Complete David Bowie. səh. 15.
- ↑ Pegg, Nicholas. The Complete David Bowie. Reynolds & Hearn. 2006. 238. ISBN 1905287151.
- ↑ "FIRST LOOK: The News in Brief, August 15, 2000". E! Online. 2000-08-16. İstifadə tarixi: 2025-01-28.
- ↑ "'He still ties my shoes for me': Iman reveals how David Bowie makes her feel special". Fashion Model Directory. 25 December 2010. İstifadə tarixi: 9 May 2012.
- ↑ Serico, Chris. "'The struggle is real, but so is God': See Iman's poignant David Bowie tribute". Today. 11 January 2016. İstifadə tarixi: 15 January 2016.
Xarici keçidlər
- rəsmi saytı (ing.) — Iman rəsmi saytı
- Iman — IMDb səhifəsi
- İman TCM Movie Database-də
- Iman Cosmetics