İnçə (Göyçay)
İnçə | |
---|---|
40°33′29″ şm. e. 47°58′08″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
İnçə — Azərbaycan Respublikasının Göyçay rayonunun İnçə kənd inzibati ərazi dairəsində kənd.[1] Rayon mərkəzindən şərqdə, Yuxarı Şirvan kanalının sağ sahilində, İsmayıllı–Müsüslü avtomobil yolu üzərində, Şirvan düzündə yerləşən kənd.
Tarixi
Toponimikası
- İncə oyk, sadə.
- Şirvan düzündədir.
- Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqələri qıpçaqların əncə tayfa adı ilə bağlıdır.
İnçə toponimi XI – XII əsrlərdə Şimalı Qafqazda yaşamış qədim qədim qıpçaq tayfalarından biri olan əncə / incə tayfasının adı ilə bağlıdır. “İncə” sözü bir qayda olaraq kiçik çaylara verilən addır. İncələr XIII əsrin birinci yarısında bəzi qıpçaqların tərkibində Azərbaycana gəlmişdir. Yerli əhali İncə adını çox zaman İnçə formasında tələffüz edir.[2]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 4008 nəfər əhali yaşayır.
Məşğuliyyəti
Kənd əhalisi əsasən taxılçılıq, heyvandarlıq, pambıqçılıq, baramaçılıq və bağçılıqla məşğul olur.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ İnçə (Göyçay) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 35. ISBN 978-9952-34-155-3.