İqbal xanım

İqbal xanım
19 fevral 1895 – 28 fevral 1910
Şəxsi məlumatlar
Doğum tarixi 22 oktyabr 1876(1876-10-22)
Vəfat tarixi 10 fevral 1941(1941-02-10) (64 yaşında)
Vəfat yeri
Həyat yoldaşı
Uşağı
Ailəsi Kavalalı ailəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İqbal xanım (ərəb. اقبال هانم‎; 22 oktyabr 187610 fevral 1941, Qüds) — III Misir xidivi II Abbas Hilmi Paşanın xanımı, Misir şahzadəsi.

Əslən çərkəz olub,[1][2] 22 oktyabr 1876-cı ildə dünyaya gəldi.[3] Dövrün xidivəsi Əminə İlhaminin cariyələrindən biri idi. Bir müddət sonra vəliəhd Abbas Hilminin xidmətinə verildi.[1] 1892-ci ildə Kavalalı Tofiq Paşa vəfat etdi və taxta çıxan II Abbas Hilmi Paşa üçün bir xanım axtarışına başlandı.[4][5][6] Ancaq danışıqlar davam edərkən xidiv artıq İqbal xanımla münasibətə başlamış, hətta lk övladı Əminə dünyaya gəlmişdi.[4] Qızının doğumundan bir həftə sonra 19 fevral 1895-ci ildə xidivlə rəsmi şəkildə evləndi. Cütlüyün ümumilikdə 6 övladı dünyaya gəldi.[4]

15 may 1905-ci ildə həyat yoldaşı II Abbas Hilmi Paşayla İstanbula rəsmi ziyarət etdi. 1910-cu ildə xidivdən rəsmən boşansa da, sarayda yaamağa və protokol üzrə yaşamına davam etdi.[3] Buna səbəb isə xidivin macar əsilli bir xanımla nigahlanma istəyi oldu.[4][5] 1914-cü ildə xidiv II Abbas Hilmi Paşa taxtdan endirilərək sürgün olundu. Sürgündə əriylə getmədi və övladlarıyla birlikdə İstanbula köçdü.

Misirdə qalan mülklərini geri ala bilmək üçün 1923-1924-cü illərdə məhkəməyə müraciət etdi.[7] Qazandığı məbləğlə Türkiyənin fərqli yerlərində mülklər aldı. 1940-cı ildə Beyruta köçdü və ertəsi il vəfat etdi.[4]

İstinadlar

  1. 1 2 Cuno, Kenneth M. Modernizing marriage: family, ideology, and law in nineteenth and early twentieth century Egypt. Gender and globalization series. Syracuse (N. Y.): Syracuse University Press. 2015. ISBN 978-0-8156-3392-1. 2025-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-20.
  2. Tugay, Emine Foat. Three centuries: Family chronicles of Turkey and Egypt (Reprint of the ed. London, New York. 1963). Westport, Conn: Greenwood Pr. 1974. ISBN 978-0-8371-7117-3. 2025-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-20.
  3. 1 2 "Egypt's First Ladies". www.egy.com. İstifadə tarixi: 2025-01-20.
  4. 1 2 3 4 5 Doumani, Beshara, redaktorFamily history in the Middle East: household, property, and gender. SUNY series in the social and economic history of the Middle East. Albany: State University of New York Press. 2003. ISBN 978-0-7914-8707-5. 2025-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-20.
  5. 1 2 "Djavidan Hanem". www.egy.com. 2024-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-20.
  6. Sakaoğlu, Necdet. Bu mülkün kadın sultanları: vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak bilimsel kitaplar (1. baskı). Beyoğlu, İstanbul: Oğlak Yayıncılık. 2008. ISBN 978-975-329-623-6. OCLC 316234394. 2025-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-20.
  7. Bardakçı, Murat. Neslishah: the last ottoman princess. Baran, Meyzi tərəfindən tərcümə olunub (English edition). Cairo New York: The American University in Cairo Press. 2017. ISBN 978-977-416-837-6. 2022-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-20.