İspaniya Televiziyası

TVE
Loqonun şəkli
Şəbəkənin rəsmi loqosu
Ölkə İspaniya İspaniya
Yayım ərazisi İspaniya, Ümumdünya
Dil İspan dili
Baş qərargah Madrid
Yaranma tarixi 28 oktyabr 1956[1]
Sahibi İspaniya Radio və Televiziya Korporasiyası
Rəhbərlik İqnasiyo Karalles
Şüar La de todos
Qardaş kanallar TVE Beynəlxalq
Sayt rtve.es/television
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İspaniya Televiziyası (isp. Televisión Española) və ya qısaca TVEİspaniya hökümətinin tabeliyində yaradılan, İspaniyanın milli televiziya şəbəkəsi. TVE 28 oktyabr 1956 tarixində münzətəm verilişlərə başlamışdır.[1] Televiziya şəbəkə şirkəti Avropa Yayım İttifaqının aktiv üzvüdür.

TVE İspaniya Radio və Televiziya Korporasiyasına məxsusdur.[2] TVE-nin fəaliyyəti daha əvvəl milli hökumətdən reklam gəlirləri və subsidiyaların birləşməsi ilə maliyyələşdirilib, lakin 2010-cu ilin yanvar ayından etibarən yalnız subsidiyalarla dəstəklənir.[3].[4]

TVE-nin televiziya kanalları

Kanalın loqosu Proqramlaşdırma növü

La 1: Loru dildə La Uno (azərb. Bir) və əvvəllər TVE1, La Primera (azərb. İlk) olaraq bilinirdi. La 1 əsasən xəbər proqramları, sənədli jurnallar, jurnal proqramları, İspaniyaLatın Amerikası televiziya serialları, filmlər (xüsusilə İspaniya və ABŞ filmləri) və bəzi populyar idman müsabiqələri yayımlayan bir kanaldır. La 1 İspaniyanın ilk və hal-hazırda ən populyar televiziya kanalıdır.

La 2: Loru dildə La Dos (azərb. İki) və əvvəllər TVE2, Segunda Cadena (azərb. İkinci Kanal) və ya UHF olaraq bilinirdi. La 2 əsasən mədəni proqramlaşdırma, Şimali Amerika televiziya serialları, sənədli filmlər, İspaniya və Avropa filmləri, xəbər proqramları, müzakirələr və musiqilər yayımlayan bir kanaldır.

24h: 24 saat 1997-ci ildə yaradılan RTVE-nin 24 saat veriliş aparan xəbər kanalıdır. Kanal xəbərlər, müzakirələr, analizlər və müsahibələr yayımlayır. İspaniyanın ilk 24 saat veriliş aparan xəbər kanalıdır.

Teledeporte: Teledeporte mühüm İspaniya və beynəlxalq idman müsabiqələrini yayımlayan bir kanaldır.

Clan: Əvvəllər Clan TVE olaraq bilirnirdi. Clan bir uşaq kanalıdır. Axşam saatlarında yeniyetmələrə yönəldilən bəzi proqramları yayımlayır, erkən saatlarda isə, TVE məzmununu digər kanallardan təkrarlayır.

TVE Beynəlxalq: RTVE-nin beynəlxalq televiziya kanalı. Televiziya kanalı 1989-cu ildə yaradılmışdır və TVE məzmununu bütün dünyada yayımlayır.

Star TVE HD: Latın Amerikasında yayımlanan beynəlxalq əyləncə televiziya kanalı. Televiziya kanalı, verilişləri aparmağa 2016-cı ildə başlamışdır.

Loqoları

1956–1962-cı illərdə istifadə edilən loqo 1962–1991-ci illərdə istifadə edilən loqo 1991–2008-ci illərdə istifadə edilən loqo 2008-ci ildən bəri istifadə edilən loqo

İstinadlar

  1. 1 2 "El nacimiento y la llegada de la televisión". İspaniya Təhsil Nazirliyi. 2015-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-21.
  2. "RTVE-nin rəsmi saytı". RTVE.es. 2014-10-22. 2008-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-07.
  3. "Ley 8/2009, de 28 de agosto, de financiación de la Corporación de Radio y Televisión Española (Vigente hasta el 01 de Mayo de 2010)". 2014-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-22.
  4. "EBU - Active Members". Avropa Yayım İttifaqı. 2014-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-22.

Xarici keçidlər

rtve.es/television/ — İspaniya Televiziyasının rəsmi saytı