Şürük

Şürük
38°41′33″ şm. e. 48°48′36″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.302 nəf.
Xəritəni göstər/gizlə
Şürük xəritədə
Şürük
Şürük

ŞürükAzərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Lənkəran rayonunun Şürük kəndi Səpnəkəran kənd ərazi vahidindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şürük kənd ərazi vahidi yaradılmışdır.[1]

Əhalisi

Əhalisi 1665 nəfərdir.[mənbə göstərilməlidir]

Tanınmış şəxsləri

İqtisadiyyatı

Kənd əhalisi əsasən meyvəçiliklə məşğul olur. Kənd ərazisində hallabonq bağları salınmışdır.[3] Şürük kənd inzibati ərazi dairəsi sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Şürük kənd inzibati ərazi dairəsində şəhər İcra hakimiyyəti başçısının nümayəndəliyi, Şürük bələdiyyəsi,  1 tam orta məktəb, 2 ümumi orta məktəb 1 körpələr evi - uşaq bağçası, Regional Təlim Mərkəzi, Əkinçilik İnstitutunun Lənkəran dayaq məntəqəsi, Dövlət Maşın Sınaq Stansiyası, Türkəkəran kənd Mədədniyyət evi, 4 məscid, rəqəmsal tipli 1 elektron ATS, 1 poçt şöbəsi, 1 ambulator xəstəxana, 2 tibb məntəqəsi, “Avroaziya” şirniyyat evi, digər ictimai  iaşə və xidmət obyektləri fəaliyyət göstərir.[mənbə göstərilməlidir]

Din

Kənddə Şürük kənd məscidi dini icması fəaliyyət göstərir.[4]

İstinadlar

Həmçinin bax