Şərqi Afrika rifti

Bəzi tarixi fəaliyyətdə olan vulkanlar (qırmızı üçbucaqlarla) və Afar üçbucağının(mərkəzdəki kölgə) göstərildiyi Afrika xəritəsi. Üçlü bağlantı və ya üçlü nöqtə də adlandırılan Afar üçbucağı 3 tektonik plitənin bir-birindən ayrıldığı nöqtədə yerləşir: Ərəbistan pilitəsi və Afrika pilitəsinin iki hissəsi — Nubiya və Somali pilitələri Şərqi Afrika rift zonası boyunca ayrılırlar.

Şərqi Afrika rifti və ya Şərqi Afrika rift sistemiŞərqi Afrikada yerləşən, aktiv materik riftidir. Bu rift təxminən, 22–25 milyon il əvvəl, Miosen dövrdə inkişaf etməyə başlamışdı.[1] Əvvəllər bu riftin Anadoluya qədər genişləyən Böyük Rift Dərəsinin bir hissəsi olduğu düşünülürdü.

Dar bir ərazini əhatələyən rift Afrika pilitəsinin Somali və Nubiya adlanan 2 ayrı pilitəyə illik 6–7 mm (0.24–0.28 düym) sürətlə bölündüyü divergent tektonik tava sərhəddində formalaşır.[2] Genişləmə davam etdikçə, litosferik ayrılma 10 milyon il ərzində baş tutacaq: Somali pilitəsi materikdən tamamilə qopacaq və yeni okean hövzəsi formalaşacaq.

İstinadlar

  1. Ebinger, Cynthia. "Continental break-up: The East African perspective". Astronomy and Geophysics. 46 (2). April 2005: 2.16–2.21. doi:10.1111/j.1468-4004.2005.46216.x.
  2. Fernandes, R.M.S.; Ambrosius, B.A.C.; Noomen, R.; Bastos, L.; Combrinck, L.; Miranda, J.M.; Spakman, W. "Angular velocities of Nubia and Somalia from continuous GPS data: implications on present-day relative kinematics". Earth and Planetary Science Letters. 222 (1). 2004: 197–208. Bibcode:2004E&PSL.222..197F. doi:10.1016/j.epsl.2004.02.008.