Şannon (çay)

Şannon
Sionainn
Ölkə
Uzunluğu
  • 368 km
Su sərfi 200 m³/s
Hövzəsinin sahəsi 15.700 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şannon çayı (ing. Shannon, irl. An Sionainn) — İrlandiya adasında ən böyük çay. Uzunluğu 368 kilometrdir. Şannon çayının hövzəsinin sahəsi 15,7 min kvadrat kilometrdir. Çay adanın mərkəzi düzənliyində bir neçə göldən axır, Atlantik okeanına tökülür.

Karrik, Atlon, Killalo, Limerik şəhərləri Şannon çayının sahilindədir. Limerik şəhərinədək gəmiçiliyə yararlıdır. Kanallar çayı Dublin şəhəri ilə əlaqələndirir. Çay üzərində Su Elektrik Stansiyası vardır.

Mənbə

Шаннон // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976–1987.