Ştokverk

Qızıl doldurulmuş damarcıqların ştokverklərindən ibarət olan Qırmızı Göl Mədənindən (Kanada) götürülmüş qızıl filizi nümunəsi (nümunənin eni: 6.6 sm)

Geologiyda ştokverk strukturca idarə olunan və ya təsadüfi yönlü damarların kompleks sistemidir.[1] Ştokverklər bir çox filiz yataqlarında və qreyzenlərdə mövcuddur.[2] Onlara həmçinin stringer zonalar da deyilir.

Tarixi və Etimologiyası

Alman dilindən hərfi tərcümədə stockwerk, stock - çubuq, kötük qırıntısı, ağacın gövdəsi (qədim almancada stoc) və werk iş mənasını veir.[3]

Sahəvi və xətti ştokverklər

Sahəvi ştokverklər girintili-çıxınrılı sərhədli kub formalı olur. Xətti ştokverklər isə bir istiqamətdə uzanır.[2]

İstinadlar