Ədəbi icmal

Ədəbi icmal və ya narrativ icmal — müasir dünya ədəbi tənqidinin əsas janrlarından biridir. Ədəbi prosesi nəzərdən keçirmək, təhlil etmək, qiymətləndirmək istiqamətində aparılan ümumi səpkili araşdırmadır.[1]

Haqqında

Ədəbi icmal müəyyən bir mövzuya nəzəri və metodoloji töhfələr daxil olmaqla mövcud məlumatları ümumiləşdirən elmi-nəzəri tədqiqatdaır.[2] Daha çox akademik yönümlü bu cür icmallar akademik dərgilərdə yayınlanır və eyni nəşrdə görünə biləcək kitab icmalları ilə qarışdırılmamalıdır. Ədəbi icmallar demək olar ki, hər akademik sahədə tədqiqat üçün əsas götürülə bilər. Yeni tədqiqat aparan, müvafiq ədəbiyyatın təməlindəki mövcud araşdırmanın vəziyyətini canlandırmağa və oxucu üçün kontekst yaratmağa xidmət edən yazının bir hissəsi kimi yarana bilər. Belə bir vəziyyətdə təhlil ümumiyyətlə işin metodologiyası və nəticələr bölmələrindən əvvəl gəlir.

Ədəbi icmalı hazırlamaq, tezis, dissertasiya və ya dərgi məqaləsi hazırlamaq da daxil olmaqla, magistr və aspirant işinin bir hissəsi ola bilər. Ədəbiyyatla bağlı hər hansı bir tədqiqata başlamazdan ümumi səpkili dəyərləndirmə də ədəbi icmal hesab olunur.

Ədəbi tənqidin və ədəbiyyatşünaslığın müstəqil janrı kimi ədəbi icmallar əsasən mətbuatın yaranması ilə paralel şəkidə meydana çıxmış və populyarlıq qazan-mışdır.

Azərbaycan ədəbi tənqidində ilk ədəbi icmallar Həsən bəy Zərdabi, Firidun bəy Köçərli, Seyid Hüseyn tərəfindən yazılmışdır. Sonralar ədəbi icmal janrı inkişaf edərək Azərbaycan ədəbi tənqidinin əsas janrlarından birinə çevrilmişdir.

Tipləri

Ədəbiyyat icmallarının əsas növləri bunlardır: qiymətləndirmə, araşdırma və təsvir.

Dördüncü növ, sistematik icmal əsasən ayrı-ayrılıqda təsnif edilir, lakin mahiyyət etibarilə bu sualla əlaqəli bütün yüksək keyfiyyətli tədqiqat dəlillərini və arqumentlərini müəyyənləşdirməyə, qiymətləndirməyə, seçməyə və sintez etməyə çalışan bir tədqiqat üsuluna yönəlmiş ədəbi təhlildir. Meta-analiz ümumiyyətlə daha etibarlı bir nəticə əldə etmək üçün bütün seçilmiş tədqiqatlarda istifadə olunan məlumatları effektiv birləşdirmək üçün statistik metodlardan istifadə edərək sistematik bir təhlildir.

Riçard Torraco (2016) inteqrativ ədəbi təhlilin nəzərdən keçirməsini təsvir edir. İnteqrativ ədəbi icmalın məqsədi araşdırılan ədəbiyyatı nəzərdən keçirmək, tənqid etmək və sonra sintez etmək yolu ilə bir mövzunu yeni müddəalarla zən-ginləşdirməkdir.

Ədəbi icmallarda müəllif təqdimatı daha aktual, daha əhəmiyyətli edəcək tarixi, psixoloji, sosioloji analiz elementlərini aktiv şəkildə araşdırmaya cəlb edə bilər.

Janr və məzmun özəllikləri

Ədəbi icmalın məzmununda aşağıdakı məsələlərin elmi-nəzəri həllinin tapılması nəzərdə tutulur: Mühüm və qeyri-mühüm ədəbi faktların dəyərləndirilməsi; mövzu ilə bağlı zəruri gəlişmələrin üzə çıxarılması; sintez edilməsi fonunda yeni perspektin üzə çıxarılması; ideya və təcrübə arasındakı əlaqələrin müəyyənləşdirilməsi; araşdırılan probleminin kontekstinin müəyyənləşdirilməsi; problemin mahiyyətinin rasionalizisiya edilməsi; mövzu ilə bağlı qaynaqların zənginləşdirilməsi; ideya və nəzəriyyənin tətbiq edilməsi; indiyə qədər istifadə olunan əsas metodologiyanın və tədqiqat metodlarının müəyyənləşdirilməsi; son nailiyyətlərlə tanışlıq üçün tarixi kontekstdə araşdırma aparılması və s.

Ədəbiyyat

  • Cooper, Harris M. (1998). Synthesizing Research: A Guide for Literature Reviews. Applied Social Research Methods (3rd ed.). Thousand Oaks, California: SAGE Publications. ISBN 978-0761913481.
  • Creswell, John W. (2013). "Review of the Literature". Research Design. Qualitative, Quantitative, and Mixed Method Approaches (4th ed.). Thousand Oaks, California: SAGE Publications. ISBN 9781452226101.
  • Dellinger, Amy B. (2005). "Validity and the Review of Literature". Research in the Schools. 12 (2): 41–54.
  • Dellinger, Amy B.; Leech, Nancy L. (2007). "Toward a Unified Validation Framework in Mixed Methods Research". Journal of Mixed Methods Research. 1 (4): 309–332. doi:10.1177/1558689807306147. S2CID 145367484.
  • Galvan, José L. (2015). Writing Literature Reviews: A Guide for Students of the Social and Behavioral Sciences (6th ed.). Pyrczak Publishing. ISBN 978-1936523375.
  • Green, Bart N.; Johnson, Claire D.; Adams, Alan (2006). "Writing Narrative Literature Reviews for Peer-Reviewed Journals: Secrets of the Trade". Journal of Chiropractic Medicine. 5 (3): 101–114. doi:10.1016/S0899-3467(07)60142-6. PMC 2647067. PMID 19674681.
  • Phelps, Richard P. (2018). "To save the research literature, get rid of the literature review". LSE Impact Blog, London School of Economics.
  • Ədəbiyyatşünaslıq: Ensiklopedik lüğət. Tərtib edəni Əziz Mirəhmədov, Bakı: Azərbaycan Ensiklopediyası nəşriyyatı, 1998;
  • Vaqif Sultanlı. Azərbaycan ədəbi tənqidi, Bakı: “Nurlar” nəşriyyatı, 2019;

İstinadlar

  1. "What is a literature review?". 2022-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-22.
  2. "What is a literature review?". 2020-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-22.