Əmr ibn As

Əmr ibn As
Misir valisi
640 – 644
Əvvəlkivəzifə təsis edilib
SonrakıAbdullah ibn Səd
Misir valisi
658 – 664
ƏvvəlkiMəhəmməd ibn Əbu Bəkr
SonrakıÜtbə ibn Əbu Süfyan
Şəxsi məlumatlar
Doğum yeri
Vəfat tarixi 664[1][2]
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti hərbi lider[d], diplomat, dövlət xadimi, tacir
Atası As ibn Vail
Uşaqları
Dini islam
Hərbi xidmət
Mənsubiyyəti Rəşidi xilafəti, Əməvilər xilafəti[d]
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əmr ibn As (Məkkə664[1][2], Misir) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmmədin səhabələrindən biri. Misir valisi (640–656;661–663)

Həyatı

Əmr ibn As Məkkə şəhərində doğulmuşdur. Məkkənin müsəlmanlar tərəfindən tutulmasından 6 ay əvvəl, 629-cu ildə İslam dinini qəbul edərək, müsəlman olmuşdur. Məhəmməd onu Zatus-səlasil döyüşündə orduya komandan təyin etmişdir. Döyüşü qalibiyyətlə başa vurmuşdur. Misirin müsəlmanlar tərəfindən tutulmasına rəhbərlik etmişdir. 640-cı ildə o zaman xəlifə olan Ömər ibn Xəttab tərəfindən Misir valisi təyin edilmişdir. 657-ci ilin may-iyun aylarında o zamanlar xəlifə olan Əli ilə o zamanlar faktiki Şam valisi olan I Muaviyə arasında baş verən Siffeyn döyüşündə I Muaviyə tərəfdə savaşmışdır. Hakim hadisəsində I Muaviyənin nümayəndəsi kimi iştirak etmiş və I Muaviyəni xəlifə təyin etdiyini açıqlamışdır. 658-ci ildə Şamda xəlifəliyini elan etmiş I Muaviyə tərəfindən yenidən faktiki Misir valisi təyin olunmuşdur. H. Q. 43-cü ildə vəfat etmişdir.

Mənbə

İstinadlar

Xarici keçidlər