Əqrəbşəkilli milçəklər
Əqrəbşəkilli milçəklər | |
---|---|
Elmi təsnifat | |
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Pancrustacea Yarımtip: Sinif: Ranqsız: Dicondylia Yarımsinif: Budaq: Metapterygota İnfrasinif: Ranqsız: Eumetabola Dəstəüstü: Panorpida Ranqsız: Antliophora Dəstə: Əqrəbşəkilli milçəklər |
|
Beynəlxalq elmi adı | |
|
|
Əqrəbşəkilli milçəklər (lat. Mecoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi.
Ümumi məlumat
Bu dəstənin nümayəndələrinin səciyyəvi xüsusiyyəti-zirvəsində kiçik gəmirici ağız aparatı olan aşağıya doğru xortum şəklində uzanmış baş kapsuludur. Yaşlı fərdlər kiçik (3–4 mm) və orta ölçülü (15–20 mm) olur. İki cüt qısa və ya tam reduksiya olunmuş, yaxud tor damarlı iri qanadları olur. Bığcıqları nazik, uzun və çoxbuğumludur. Gözləri iri, mürəkkəb və fasetlidir. Ayaqları nazik və dartılmışdır. Pəncələri 5 buğumludur. Qarıncığı uzun və ensizdir. Erkəklərdə son 3 buğumda yuxarı doğru əyilmiş genital kapsul vardır. Dişinin qarıncığında yumurtaqoyan var. Sürfələri uzunsovdur, üç cüt döş ayaqları vardır. Onlar adətən dağətəklərinin meşə talalarında, eləcə də aranda tuqay meşələrində yaşayırlar. Ölü və parçalanan maddələrlə qidalanırlar. Nektar, tozcuq, ləçək, yumşaq meyvə və mamırla qidalanma halları da az deyil.
Təsnifatı
- Apteropanorpidae
- Bittacidae
- Boreidae
- Choristidae
- Eomeropidae
- Meropeidae
- Nannochoristidae
- Panorpidae
- Panorpodidae
İstinadlar
- ↑ Integrated Taxonomic Information System (ing.). 2009.