24 yanvar
Yanvar | |||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
|||||||||||||||||||||||||||||||||||||||||||
2024-cü il |
24 yanvar — Qriqorian təqvimində ilin 24-cü günü. Bu tarixdə ilin sonuna 341 gün (uzun ildə 342 gün) qalır.
XX və XXI əsrdə Yuli təqvimi ilə 11 yanvar tarixinə uyğun gəlir.[1]
Əhəmiyyətli hadisələr
1600-cü ildən əvvəl
- 1458 — I Matyaş Macarıstanın kralı olub.[2]
1601–1900
- 1835 — Braziliyanın Salvador şəhərində qullar 50 ildən sonra orada köləliyə son qoymağa kömək edən üsyan ediblər.[3]
- 1848 — Kaliforniya qızıl hərisliyi: Ceyms Marşal Sakramento yaxınlığındakı Satter dəyirmanında qızıl tapıb.[3]
1901–cari
- 1984 — Apple Computer şirkəti Macintosh fərdi kompüterini ABŞ-də satışa çıxarıb.[3]
- 2020 — Fransa və İsveçdə ilk dəfə COVID-19 qeydə alınıb.[4]
Azərbaycana aid hadisələr
- 1992 — Slovakiya Azərbaycanın müstəqilliyini tanımışdır.[5]
- 2022 — Qarabağ müharibəsindən sonra Bakıdan Ağdama və Şuşaya ilk sərnişin avtobusu yola düşüb.[6][7]
Doğumlar
1600-cü ildən əvvəl
- 76 — Adrian, Roma imperatoru
1601–1900
- 1679 — Xristian Volf, Almaniya filosofu
- 1712
- II Fridrix, Prussiya kralı
- Georq Fridrix Şmidt, Almaniya qravürçüsü
- 1848 — Vasili Surikov, Rusiya boyakarı
- 1862 — Edit Varton, ABŞ yazıçısı
- 1879 — Stanislav Lyudkeviç, Ukrayna bəstəkarı
1901–cari
- 1909 — Əşrəf Həsənov, Azərbaycan dirijoru
- 1933 — Kamran Bağırov, Azərbaycan siyasətçisi
- 1941 — Aftandil İsrafilov, Azərbaycan qarmonçusu
- 1947 — Corco Kinalya, İtaliya futbolçusu
- 1953 — Mun Çe-İn, Cənubi Koreya prezidenti
- 1955 — Vaqif Qarayev, Rusiya diplomatı
- 1967 — Fil LaMarr, ABŞ aktyoru
- 1977 — Çad Harli, ABŞ vebmasteri və iş adamı
- 1986 — Rasim Ramaldanov, Azərbaycan futbolçusu
- 1996
- Azad Hümbətov, Azərbaycan baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı
- Patrik Şik, Çexiya futbolçusu
- 2002 — Müşfiq Bəktiyev, Azərbaycan əsgəri
- 2003 — Nihad Süleymanlı, Azərbaycan dövlət xadimi
Ölümlər
1600-cü ildən əvvəl
- 41 — Kaliqula, Roma imperatoru
- 1595 — II Ferdinand, Avstriya hersoqu
1601–1900
- 1851 — Qaspare Spontini, İtaliya bəstəkarı
1901–cari
- 1920 — Amadeo Modilyani, İtaliya boyakarı və heykəltəraşı
- 1945 — Həzi Aslanov, Azərbaycan general-mayoru
- 1951 — İqnati Kraçkovski, Rusiya ərəbşünası
- 1962 — Əhməd Həmdi Tanpınar, Türkiyə şairi
- 1965 — Vinston Çörçill, Böyük Britaniya baş naziri
- 1983 — Corc Kyukor, ABŞ kinorejissoru
- 1989 — Ted Bandi, ABŞ seriyalı qatili
- 2007 — İsmayıl Cəm, Türkiyə dövlət xadimi
- 2011 — Qədir Mirzə Əli, Qazaxıstan yazıçısı
- 2016 — Marvin Minski, ABŞ kompüter alimi
Bayramlar və xüsusi günlər
İstinadlar
- ↑ XX və XXI əsrlərdə Qriqorian təqvimi Yuli təqvimindən 13 gün irəlidədir.
- ↑ Thomas Henry Dyer. 1453-1530. G. Bell & Sons. 1877. 92. 2021-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.
- ↑ 1 2 3 "What Happened On This Day – January 24". 2022-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2022.
- ↑ "UPDATED: Timeline of the Coronavirus". www.thinkglobalhealth.org. www.thinkglobalhealth.org. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 yanvar 2022.
- ↑ "Azərbaycan Respublikası və Slovakiya Respublikası arasında ikitərəfli münasibətlər". 2022-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 yanvar 2022.
- ↑ "Bakıdan yola çıxan ilk sərnişin avtobusu Şuşaya çatıb". www.trt.net.tr. www.trt.net.tr. 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2022.
- ↑ "Şuşa və Ağdama ilk sərnişin avtobusları yola düşüb". apa.az. apa.az. 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2022.
Vikianbarda 24 yanvar ilə əlaqəli mediafayllar var.