Ağcaqayın

Ağcaqayın
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superrosids
Klad:
Klad:
Malvids
Yarımfəsilə:
Hippocastanoideae
Cins:
Ağcaqayın
Beynəlxalq elmi adı

Ağcaqayın (lat. Acer) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinə aid bitki cinsi.

Arealı

Avropa, AsiyaŞimali Amerikada geniş yayılmışdır.

Botaniki xarakteristikası

Qarşı-qarşıya düzülən yarpaqları dilimli, nadir hallarda lələkvarı mürəkkəb və ya bütövdür; çiçəkləri salxım, yaxud qalxanabənzər çiçək qrupunda toplanmışdır. Meyvəsi ikiqat qanadlıdır. Avropa, Asiya, Şimali Afrika, Şimali Amerika və Mərkəzi Amerikada 150-dək növü məlumdur. Azərbaycanda 8 növü var. Oduncağından mebel, musiqi alətləri və s. hazırlanır. Ağcaqayın dekorativ və ballı bitkidir. Amerikada bəzi növlərin-dən ağcaqayın şəkəri istehsal olunur.

Azərbaycanda hündürlüyü 30 m-ə, diametri 1 m-ə çatan sivriyarpaq və ya çinarabənzər ağcaqayın (lapan) (lat. Acer platanoides), keçəl ağcaqayın (lat. Acer laetum), çöl ağcaqayını (lat. Acer campestre), məxməri ağcaqayın (lat. Acer velutinum), ağ ağcaqayın (lat. Acer pseudoplatanus), trautfetter ağcaqayını (lat. Acer heldreichii subsp. trautvetteri), Hirkan ağcaqayını (lat. Acer hyrcanum) vənyappaq ağcaqaın (Acer negundo) bitir.

İstinadlar

Həmçinin bax