Aşnikko
Aşnikko | |
---|---|
ing. Ashnikko | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 19 fevral 1996 (28 yaş) |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi, müğənni-mahnı yazarı |
Fəaliyyət illəri | 2016-cı ildən |
Janr | pop musiqisi |
Albom şirkətləri | Parlophone, Warner Music Group[d] |
ashnikko.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Eşton Nikol Keysi (19 fevral 1996)[1] — Aşnikko (ing. Ashnikko) təxəllüsü ilə tanınan amerikalı müğənni, reper. Onun 2019-ci ildə buraxdığı "Stupid" sinqlı video paylaşma tətbiqi olan TikTok-da populyarlıq qazandıqdan sonra, ABŞ və Kanadada qızıl sertifikata layiq görüldü.[2] Aşnikkonun Princess Nokia ilə əməkdaşlıq etdiyi "Daisy" və "Slumber Party" sinqlları 2021-ci ilin yanvarında, onun ilk buraxılışı olan miksteypi Demidevil-də yer aldı.
Həyatı
Eşton Nikol Keysi[1] 19 fevral 1996-cı ildə Şimali Karolina ştatının Ouk-Ridc şəhərində dünyaya gəlib və Qrinsboro şəhərində böyüyüb.[3] Valideynləri onu kantri musiqisinə və Slipknota "məruz qoyublar".[4] 10 yaşında olarkən[5] M.I.A.-nın Arular albomunu dinlədikdən sonra, musiqiyə xüsusən də rep musiqisinə marağının yarandığını xatırlayır və 16 yaşına qədər kişi musiqiçilərə qulaq asmadığını deyir.[6] Yeniyetmə ikən atasının təhsil işi ilə bağlı Estoniyaya yollandı, orada bir il keçirdi və sonra Latviyanın Riqa şəhərinə qayıtdı.[3] Latviyada təhsil aldığı liseydə yeganə amerikalı idi.[6] Aşnikko 18 yaşında təkbaşına Londona köçdü.[7]
Şəxsi həyatı
2019-cu ilin iyun ayında Aşnikko Twitter-də biseksual olduğunu açıqladı.[8] 2020-ci ildə verdiyi müsahibədə isə panseksual olduğunu bildirdi.[9] 2021-ci ilin may ayında Aşnikko Twitter-də genderfluid olaraq çıxdı və dedi ki, "hələ internetə açıqlama verməyə hazır deyildim, amma güman edirəm ki, indi yaxşı vaxtdır, çünki hər kəs mənim cinsiyyətimi və cinsi kimliyimi araşdırır".[10]
2020-ci ilin iyul ayında "Daisy" adlı sinqlının sözlərinin arxasında duran mənaları müzakirə edərkən dedi ki, ailəsi xristianlığı qəbul etsə də, o bunu etmir.[11]
İstinadlar
- ↑ 1 2 "Ashnikko Biography, Songs, & Albums". AllMusic (ingilis). September 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 24, 2022.
- ↑ Wetmore, Brendan. "Miley Cyrus Made a TikTok to Ashnikko With Cody Simpson". PAPER (ingilis). October 29, 2019. October 26, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2019.
- ↑ 1 2 Martin, Felicity. "Next Wave #862: Ashnikko". Clash Magazine (ingilis). August 18, 2018. December 15, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2019.
- ↑ Redação. "Americana Ashnikko celebra sucesso de "Stupid", próximo do TOP 200 Globalz". Jornal do Rap (portuqal). November 13, 2019. June 1, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2019.
- ↑ İstinad xəbərdarlığı:
:1
adlı<ref>
istinad etiketi ya cari bölmədən kənarda müəyyən edildiyinə, ya da ümumiyyətlə müəyyən edilmədiyinə görə göstərilə bilmir. - ↑ 1 2 "Ashnikko: 'I don't take no for an answer'". BBC News. 2020-10-02. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-06.
- ↑ Wetmore, Brendan. "Ashnikko Is Ready for All of It". PAPER (ingilis). December 4, 2019. November 24, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 26, 2020.
- ↑ ashnikko [ashnikko]. "HAPPY PRIDE, BABIES!!!! 🏳️🌈this is the first year I have been truly honest with myself about my bisexuality and I'm really happy!!!!" (Tweet) (ingilis). July 5, 2019. May 15, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 31, 2021.
- ↑ Russell, Erica. "Ashnikko Has Entered The Chat". LADYGUNN (ingilis). June 24, 2020. October 26, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 17, 2021.
- ↑ ashnikko [ashnikko]. "and to clarify i am pansexual and genderfluid i just didn't feel ready to tell the internet yet but i guess now's a good time since everyone's doing a dissection into my sexuality and gender identity" (Tweet) (ingilis). May 23, 2021. May 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 31, 2021.
- ↑ Ashnikko "Daisy" Official Lyrics & Meaning | Verified (ingilis), July 1, 2023 tarixində arxivləşdirilib, İstifadə tarixi: July 15, 2021