Akkomodasiya (biologiya)
![Gözdə akkomodasiya](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/81/Focus_in_an_eye.svg/400px-Focus_in_an_eye.svg.png)
Akkomodasiya — göz billurunun optik qüvəsini dəyişdirməklə cisimlərin əksinin (xəyalının), gözdən olan məsafədən asılı olaraq, tor təbəqədə aydın fokusa gətirilməsi prossesinə deyilir.
Akkomodasiya - uyğunlaşma deməkdir.
Akkomodasiya zamanı büllurun forması və onun şüanı sındırma qabiliyyəti dəyişir. Əşyaya yaxından baxdıqda büllur qabardığı üçün əşyanın müxtəlif nahiyələrindən gələn şüalar torlu qişada birləşir.