Aksel Tuanzebe
Aksel Tuanzebe | |||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||
Doğum yeri | Bunia, Konqo Demokratik Respublikası | ||||||||||||||||||||||||
Vətəndaşlığı |
Konqo Demokratik Respublikası İngiltərə |
||||||||||||||||||||||||
Boyu | 1.85[1] | ||||||||||||||||||||||||
Çəkisi | 75 kq | ||||||||||||||||||||||||
Mövqeyi | Müdafiəçi | ||||||||||||||||||||||||
Əsas ayağı | Sol | ||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||
Klub | Mançester Yunayted | ||||||||||||||||||||||||
Nömrəsi | 38 | ||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Aksel Tuanzebe (ing. Axel Tuanzebe; 14 noyabr 1997[2]) — Premyer Liqanın Mançester Yunayted klubunda müdafiəçi mövqeyində çıxış edən İngiltərə futbolçusu.
İngiltərə milli komandasının 19 və 20 yaşlılardan ibarət heyətlərində çıxış etmişdir.
Klub karyerası
Mançester Yunayted
İlk illəri
Tuanzebe səkkiz yaşında Mançester Yunayted futbol akademiyasına daxil olmuşdur.[3] O, burada 2013 və 2014-cü illərdə "Milk Cup" mükafatını qazanan heyətin üzvü olmuşdur. 2015-ci ilin mayında Mançester Yunayted klubunda "Cimmi Mörfi" adına İlin gənc futbolçusu mükafatına layiq görülmüşdür.[4]
31 oktyabr 2015-ci ildə Premyer Liqada Kristal Palas klubuna qarşı baş tutan qarşılaşma zamanı Mançester Yunaytedin 18 nəfərdən ibarət heyətinə seçilmişdir.[5][6]
2016-17 mövsümü
29 yanvar 2017-ci ildə FA Kuboku çərçivəsində Uiqan Atletik klubuna qarşı oyunun 68-ci dəqiqəsində Timoti Fosu-Mensahın əvəzinə meydana daxil olaraq klubun heyətində debüt oyununa çıxmışdır.[7] Bundan dörd gün sonra o, Mançester Yunaytedlə olan müqaviləsinin müddətini 2020-ci ilə qədər uzatmışdır.[8] 7 may 2017-ci ildə Premyer Liqada Arsenala qarşı matçda ilk dəfə oyuna əsas heyətdə başlamışdır.[9] 2017-ci ilin mayında "Denzil Harun" adına olan mükafata layiq görülmüşdür.[10]
Oyun tərzi
Əsas mövqeyi mərkəzi müdafiəçisi olmasına baxmayaraq, sağ cinah müdafiəçisi kimi də oynaya bilər.[11] Oyun tərzi öz komanda yoldaşı olan Erik Bayi və Bayern Münhen klubunda çıxış edən Xavi Martinezlə müqayisə oluna bilər.[12]
Karyera statistikası
Son yeniləmə: 21 may 2017
Klub | Mövsüm | Liqa | FA Kuboku | Liqa Kuboku | Avropa | Başqa | Cəmi | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Liqa | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Mançester Yunayted | 2015-16 | Premyer Liqa | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | — | 0 | 0 | |
2016-17 | Premyer Liqa | 4 | 0 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 5 | 0 | |
Karyera cəmi | 4 | 0 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 5 | 0 |
Mükafatları
Klub
Mançester Yunayted
- UEFA Avropa Liqası: 2016-17
Şəxsi
- Cimmi Mörfi İlin gənc futbolçusu: 2014-15
- Denzil Harun İlin futbolçusu (Ehtiyat komandada): 2016-17
Həmçinin bax
İstinadlar
- ↑ "Who is Axel Tuanzebe? Manchester United youngster in profile as he makes debut vs Wigan". Manchester Evening News. 29 yanvar 2017. 2017-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2017.
- ↑ Axel Tuanzebe // Transfermarkt (çd.). 2000.
- ↑ "Axel Tuanzebe player profile page". Manchester United F.C. 2017-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2017.
- ↑ "Tuanzebe is United's Young Player of the Year". Manchester United F.C. 19 may 2015. 2 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2017.
- ↑ "Crystal Palace 0–0 Manchester United". BBC Sport. 31 oktyabr 2015. 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2017.
- ↑ "Tuanzebe closer to realising his dream". Manchester United F.C. 31 oktyabr 2015. 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2017.
- ↑ "Manchester United 4–0 Wigan Athletic". BBC Sport. 29 yanvar 2017. 2017-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2017.
- ↑ "Axel Tuanzebe signs new Manchester United contract". Sky Sports. 2 fevral 2017. 2017-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2017.
- ↑ Lovett, Samuel. "Manchester United's Axel Tuanzebe 'chuffed' after making full debut and taking on Arsenal's Alexis Sanchez". The Independent. 8 may 2017. 18 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2017.
- ↑ "Manchester United player Ander Herrera wins Player of the Year award". Manchester Evening News. 18 may 2017. 5 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2017.
- ↑ "Axel Tuanzebe out of England U-20 squad as Mourinho wants him to play more for Man Utd". The Daily Telegraph. 9 may 2017. 23 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2017.
- ↑ Tighe, Sam. "Manchester United's Axel Tuanzebe Has Hallmarks of Eric Bailly and Javi Martinez". Bleacher Report. 14 sentyabr 2017. 2022-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2017.
Xarici keçidlər
- Axel Tuanzebe Profile Tuanzebe-nın rəsmi veb-saytında
- Axel Tuanzebe Profile İngiltərə FA-nın rəsmi veb-saytında
- Axel Tuanzebe karyera statistikaları Soccerbase-də