Aleksandr Litvinenko

Aleksandr Litvinenko
(rus. Алекса́ндр Ва́льтерович Литвине́нко)
Doğum tarixi
Doğum yeri Voronej, Rusiya SFSR, SSRİ
Vəfat tarixi (44 yaşında)
Vəfat yeri London, Böyük Britaniya
Vəfat səbəbi "Polonium-210" elementi ilə zəhərlənib
Dəfn yeri
İxtisası Casus
Təhsili
  • Orconikidze Ali Hərbi Komandanlıq Məktəbi[d] (–1985)
Fəaliyyəti yazıçı, hərbi qulluqçu, casus
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksandr Valteroviç Litvinenko (rus. Алекса́ндр Ва́льтерович Литвине́нко; 4 dekabr 1962[1], Voronej[2]23 noyabr 2006[3][4][…], London[5]) — Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş casusu.

Həyatı

Litvinenko Rusiya Federal Təhlükəsizlik Xidmətinin polkovnik-leytenatı rütbəsi ilə istefaya çıxdıqdan sonra Putin hakimiyyətinin ən fəal tənqidçisinə çevrilmişdi.[6] 2000-ci ildə təqiblərdən qurtulmaq üçün Böyük Britaniyaya mühacitər edən keçmiş xüsusi xidmət orqanlarının zabiti "FTX Rusiyanı partladır" adlı kitabında 1990-cı illərin sonunda Rusiyanı bürüyən terror aktlarını məhz Federal Təhlükəsizlik Xidmətinin törətdiyini bildirirdi. Onun fikrincə, məsuliyyəti çeçen mücahidlərinin üstünə atılan bu terror aktları Vladimir Putini hakimiyyətə gətirmək üçün planlaşdırılmışdı. 2006-cı il noyabrın 1-də Londonda görüş keçirdiyi dostu, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksey Luqovoy tərəfindən zəhərlənmişdi.[7]

Həmin il noyabrın 23-də London xəstəxanalarından birində vəfat edib.[8] Onun ölümünə səbə olan "Polonium-210" elementi adətən nüvə yanacağının hazırlanmasında istifadə olunur və çox güclü şüalanma təsirinə malikdir. Ölümündən əvvəl İslamı qəbul etmişdir.[9]

İstinadlar

Həmçinin bax