Andradit

Andradit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Ca₃Fe³⁺₂(SiO₄)₃[1]
Strunz təsnifatı VIII/A.06b[2]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya kubik sinqoniya[3]
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Andradit (Portuqaliya mineraloqu J. B. di’Andra-i-Silvanın şərəfinə adlandırılmışdır) – qranatlar qrupuna aid geniş yayılmış mineral.

Kimyəvi tərkibi Ca3Fe2(SiO4)3. Çox vaxt titan qarışıqlı olur. Kubik sinqoniyada kristallaşır. Süxurlarda möhtəvilər şəklində və dənəvər formasında rast gəlinir. Rəngi sarı, qonur, qonuru-qırmızı, qara və s. Yaşıl, yaxud qızılı-yaşıl növü (demantoid) qiymətli daşdır. Güclü şüşə parıltısına malikdir. Sərtliyi – 6,5–7, sıxlığı 3800–3900 kq/m³. Skarnlar üçün tipik mineraldır. Həmçinin qələvi intruziv süxurlarda və karbonatitlərdə rast gəlinir. Abraziv materialdır. Saf növləri bəzək daşı kimi işlədilir. İsveçdə, ABŞ-da, RF-də (Ural), Orta Asiyada, Azərbaycan Respublikasında (Daşkəsən) və s. yerlərdə yataqları var.[4]

İstinadlar