Anna Doqonadze
Anna Doqonadze | |
---|---|
gürc. ანა დოღონაძე | |
Şəxsi məlumatlar | |
Tam adı | Anna Doqonadze |
Vətəndaşlığı | Almaniya |
Doğum tarixi | |
Doğum yeri | Msxeta, Gürcüstan |
Boyu | 158 sm. |
Çəkisi | 52 kq. |
İdman növü | Batut gimnastikası |
Medallar |
|
Vikianbarda əlaqəli mediafayllar |
Anna Doqonadze və ya tam adı ilə Anna Doqonadze-Lilkendey (15 fevral 1973[1], Mtsxeta) — Almaniyanı təmsil edən Gürcüstan əsilli batut gimnastı. Anna Doqonadze, 2000, 2004, 2008 və 2012-ci illərdə Almaniyanı Olimpiya Oyunlarında təmsil edib. 2004 Afina Olimpiadasında qızıl medal qazanan Anna Doqonadze, həm də Dünya Çempionatlarında 3 qızıl, 4 gümüş və 6 bürünc medala sahib olub.
Karyerası
2000 Sidney Olimpiadası
Anna Doqonadze, 2000-ci ildə Almaniya bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Anna Doqonadze, 5 xal topladı və 8 idmançı sırasında sonuncu, 8-ci yeri tutdu.
2004 Afina Olimpiadası
Anna Doqonadze növbəti dəfə Olimpiya Oyunlarına, 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında Anna Doqonadze, 39.60 xal topladı və 8 idmançı sırasında 1-ci yeri tutaraq Olimpiya çempionu oldu.
2008 Pekin Olimpiadası
Anna Doqonadze üçüncü dəfə Olimpiya Oyunlarına, 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında Anna Doqonadze, 18.90 xal topladı və 8 idmançı sırasında sonuncu, 8-ci yeri tutdu.
2012 London Olimpiadası
Anna Doqonadze sonuncu, dördüncü dəfə Olimpiya Oyunlarına, 2012-ci ildə Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların təsnifat mərhələsində Anna Doqonadze, 100.370 xal topladı və 16 idmançı sırasında 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
İstinadlar
- ↑ Deutsche Nationalbibliothek Record #1034707698 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.