Antikira (yun.Αντικύρα) — Yunanıstanda qədim Antikira şəhərinin şərqində kiçik dənizkənarı şəhər.[1] Dəniz səviyyəsindən 2 metr hündürlükdə, Korinf körfəzinin şimal sahilində, Distomondan 7 kilometr cənub-qərbdə, Delfidən 16 kilometr cənub-şərqdə, Levadiyadan 22 kilometr cənub-qərbdə, Navpaktdan 69 kilometr şərqdə və Afinadan 106 kilometr şimal-qərbdə yerləşir. Mərkəzi Yunanıstan periferiyasında Beotiya periferik vahidində Distomon-Araxova-Andikira icmasının (dim) bir hissəsidir.