Apokalipsis (film, 2006)

Apokalipsis
ing. Apocalypto
Janr dram filmi
Rejissor Mel Gibson
Prodüserlər
Ssenari müəllifləri
Baş rollarda Rudi Yanqblad
Daliya Hernandez
Conatan Brüer
Morris Berdyellouhed
Bəstəkar
İstehsalçılar Touchstone Pictures[d]
Distribütor Walt Disney Studios Motion Pictures[d], Netflix
İlk baxış tarixi 2006, 14 dekabr 2006[2]
Müddət 139 dəq.
Büdcə 40.000.000 $
Gəlir 120.673.227 $[3]
Ölkələr ABŞ ABŞ
Dil Mayya dili
İl 2006
Rəng rəngli
Çəkiliş yeri Meksika
IMDb ID0472043

Apokalipsis (ing. Apocalypto) 2006-cı ildə Mel Gibsonun rejissorluğu ilə çəkilmiş amerikan filmi.

Film haqqında

  • Meksikada yağan aramsız yağışlar filmin relizinin 4 mart 2006-cı il tarixindən 8 dekabr 2006-cı il tarixinə keçirilməsinə səbəb oldu. Meksika meşələrinin iqlimi çəkiliş komandasını rəqəmsal avadanlıqları gözlənilməz yağmurlardan müdafiə üsullarını düşünməyə məcbur edir.
  • Əsas rolların əksəriyyətini o vaxtadək kamera görməmiş Mayya hindularının xələfləri ifa etdilər.
  • Şəlalədən tullanma kimi təklükəli səhnəni Rudi Yanqblad sərbəst şəkildə özü yerinə yetirib. O, təhlükəsizlik kəmərinin köməyilə Verakrusdakı binanın 15-ci mərtəbəsindən tullanıb, sonra isə kompüter vasitəsilə bu epizodu şəlalə səhnəsinə əlavə ediblər.
  • Mifik qəhrəman obrazı üçün kastinq keçirən Mel Gibsonun diqqətini Rudi Yanqblad çəkmişdi.
  • Qəhrəmanlar mayya dilinin Yukatan dialektində danışırdılar.
  • Çəkiliş qrupuna Mayya dili müəllimləri daxil edilmişdilər. Öz replikasını dinləyib tələffüz etmək üçün hər bir aktyorun öz pleyeri var idi.
  • Çəkilişlər Verakrus və Katemakoda aparılırdı.
  • Aktyorlar müstəsna olaraq Amerikanın yerli sakinləri idilər. Onların hamısı mayyalı olmasa da, Amerikanın müxtəlif hindu tayfalarının nümayəndələri idilər.
  • Kastinqlər Meksika, ABŞKanadada keçirilirdi.

İstinadlar