Arnold Şönberq
Arnold Şönberq | |
---|---|
alm. Arnold Franz Walter Schoenberg | |
![]() | |
Ümumi məlumatlar | |
Doğum adı | Arnold Franz Walter Schönberg |
Doğum tarixi | |
Doğum yeri | Vyana, Avstriya |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Los-Anceles, ABŞ |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
|
Milliyyəti | Avstriya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, pedaqoq, dirijor, musiqişünas |
Fəaliyyət illəri | 1897—1951 |
Janrlar | XX əsr klassik musiqisi[d], opera, klassik musiqi, ekspressionizm, dodekafoniya |
Musiqi aləti | piano |
schoenberg.org | |
![]() |
Arnold Frans Valter Şönberq (alm. Arnold Franz Walter Schoenberg, əvvəlcə Schönberg; 13 sentyabr 1874 — 13 iyil 1951) — avstriyalı və amerikalı bəstəkar, pedaqoq, musiqişünas, dirijor. Musiqidəki ekspressionizmin görkəmli nümayəndəsi, Yeni Vyana Məktəbinin banisi, dodekafoniya (12 tonluq) və seriyalı texnika kimi musiqi texnikalarının müəllifi.
Həyatı
Arnold Şönberq 13 sentyabr 1874-cü ildə Vyanada dünyaya gəlib. 8 yaşında skripkada çalmağı öyrənəndən sonra musiqi bəstələməyə başlayıb. Musiqi sahəsindəki nəzəri biliklərinin əksəriyyətinə heç kimin köməkliyi olmadan təkbaşına yiyələnib. 1894-cü ildə özündən 3 yaş böyük bəstəkar Aleksandr fon Semlinskidən kontrapunkt dərsləri alıb. 1901-1903-cü illərdə Berlində orkestr drijoru işləyib. 1904-cü ildən də Vyanada müəllimlik etməyə başlayıb. Anton Vebern, Alban Berq onun tələbələri olublar. 1919-cu ildə yeni yeni musiqi yaratmaq üçün ətrafına musiqiçiləri toplayıb. Onların konsertləri tənqidçilər tərəfindən ciddi tənqidlərə tuş gəlib. Bu konsertlərdə əl çalmaq və onları yayımlamaq qadağan edilib. 1925-ci ildə Şönberq pedaqoji fəaliyyətini davam etdirmək üçün Berlinə qayıdıb. Yəhudi olduğu üçün 1933-cü ildə faşistlərin təqibi ilə üzləşib. 1898-ci ildə xristianlığı qəbul etməsinə baxmayaraq yəhudi kimi Parisə sürgün edilib. Bundan sonra yenidən yəhudiliyə qayıdıb. 1934-cü ildə ABŞ-yə köçüb və soyadını Şönberqdən Şöenberqə dəyişib. 1936-cı ildə UClA-da dərs deməyə başlayıb. 13 iyul 1951-ci ildə Los-Ancelesdə vəfat edib.