Atabasklar

Ovçuluqla məşğul olan atabask ata və oğul. (1821)

AtabasklarŞimali Amerikada atabask dillərində danışan hindi xalqları qrupu. Sayları ABŞ-də 422 min nəfər (o cümlədən Alyaskada 19 min nəfər, KaliforniyaOreqonda 8 min nəfər, apaçilər və navaxolar 395 min nəfər; 2000): bunların arasında əsl atabasklar. 346 min nəfərdir; Kanadada, müxtəlif məlumatlara görə, 24 mindən 45 min nəfərədək Atabaskyada yaşayır. Atabaskların, eyak hindilərinin və tlinkitlərin (na-dene dillərinin daşıyıcıları) ümumi əcdadları Şimal-Şərqi Asiyadan Amerikaya sonuncu köçənlərdən olmuşlar. Təqribən eramızdan əvvəl 1500-cü ildə praatabasklar sahildən uzaq, qitənin daxilindəki yaşayış mühitinə meyilli olan qrup kimi bu birlikdən ayrılmışlar. Atabaskların ilk vətənlərinin Yukon çayının yuxarı axarında yerləşdiyi ehimal olunur. Atabaskların məskunlaşma prosesində 3 qrupa bölünmüşlər.

Mənbə