Azadlıq meydanı (Aşqabad)

Azadlıq meydanı
37°56′06″ şm. e. 58°22′45″ ş. u.HGYO
Ölkə
Yerləşir Aşqabad
Tikilmə tarixi 1974
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azadlıq Meydanı (Türkmən dilində: Garaşsyzlyk meýdany) — Türkmənistanın paytaxtı Aşqabadda yerləşən meydandır.[1] Meydan 1974-cü ildə tikilib və şəhərin mərkəzində yerləşir.[2] Sovetlər İttifaqı dövründə Karl Marks meydanı, yaxın vaxtlara qədər isə Türkmənbaşı meydanı kimi tanınırdı.

Meydanda hər il Türkmənistanın Müstəqillik Günü paradı keçirilir.[3] Aşqabadda səfərdə olan xarici ölkələrin nümayəndə heyətləri üçün meydanda xüsusi qarşılanma mərasimi keçirilir. Meydanın ətrafında Oğuzxan Köşkü, Ruhiyyət Köşkü, Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Sarayı, Mərasim Meydanı və Protokol Binası ilə Türkmən Dövlət Kitabxanası[4] yerləşir.[3]

İstinadlar