Böyük Laruss Ensiklopediyası

Böyük Laruss Ensiklopediyası
Janr ensiklopediya
Orijinalın dili fransız dili

Böyük Laruss Ensiklopediyası (fr. Le Grand Larousse encyclopédique) — 1960-cı ilin fevralından 1964-cü ilin avqustuna qədər "Laruss" tərəfindən nəşr olunan Fransa universal ensiklopedik lüğəti. Sonradan iki əlavə cild nəşr edilmişdir.

Ensiklopediya üç versiyada mövcuddur: "Prestige", "Intégrale" və "Essentielle". "Prestige" versiyasında təxminən 150 min məqalə, 12 min illüstrasiya və xəritə var.

Onlayn layihə

"Larousse" nəşriyyatı 13 may 2008-ci ildə "Fransızca Vikipediya" ilə rəqabət aparmaq üçün[1] onlayn ensiklopediya layihəsinə start vermişdir.[2][3]

İstinadlar

Xarici keçidlər