Böyük oxcüllüt

Böyük oxcüllüt
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Neoaves
Klad:
Gruimorphae
Yarımdəstə:
Scolopaci
Yarımfəsilə:
Tringinae
Növ:
Böyük oxcüllüt
Beynəlxalq elmi adı

Böyük oxcüllüt (lat. Limosa limosa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin oxcüllüt cinsinə aid heyvan növü.

Statusu

Nadirdir.

Kateqoriyası

(VU) Təhlükə həddindədir.

Genefond əhəmiyyəti

Azərbaycan faunasında cinsin 2 növündən biridir (amma 2-ci növ (L.lapponica) 5-10 ildə bir dəfə azıb gəlir).

Qısa təsviri

Göyərçindən az böyükdür. Rəngi əlvandır. Başı boz, beli qaramtıl, quyruğu qara, onun dibi isə ağdır. Qarın tərəfi köndələn zolaqlı bozdur. Havada olarkən qanadlarının üstündə bir ədəd enli ağ zolaq görünür və ayaqları quyruğundan çox geriyə çıxır. Dimdiyi uzun və düzdür.

Yayılması

Reproduktiv arealı AvropadaAsiyada yerləşib. Qışlamaq üçün Britaniya adalarına, Afrika, AvstraliyaYeni Zelandiyaya qədər miqrasiya edir. Azərbaycana qışlamaq üçün gəlir, eyni vaxtda buradan ötüb keçən populyasiyası da var.

Yaşayış yeri və həyat tərzi

Rütubətli çəmənlikləri xoşlayır. Reproduksiya yerində, məsələn, Rusiyada fakultativ koloniya əmələ gətirir. Otun arasında sadə yuva tikir, 3-4 yumurta verir, 23-25 gün kürt yatıb cücə çıxarır, onları bir ay gəzdirib böyüdür. Müxtəlif cücü və bitki yeyir. Yayın axırında sürü əmələ gətirib miqrasiyaya başlayırlar.

Sayı

Reproduksiya yerində adi saylı olması qeyd edilir. Lakin Azərbaycana gəlib çatan populyasiyası nadir olur. Ehtimal ki, miqrasiya yolunda qanunsuz ovlanır.

Məhdudlaşdırıcı amillər

Qanunsuz ovlanması.

Əhali üçün əhəmiyyəti

Elmi və estetik əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

İUCN-nin Qırmızı Siyahısına, Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxildir. Azərbaycanda ovlanması qadağan edilib.

Qorunması üçün məsləhət görülən tədbirlər

Növün qorunmasına ehtiyac olduğuna görə zooloji maarifçiliyə daxil edilməsi vacibdir.

İstinadlar

Həmçinin bax