Böyük Rusiya Ensiklopediyası (nəşriyyat)

Böyük Rusiya Ensiklopediyası
Ölkə  SSRİ,  Rusiya
Yaranma tarixi 13 fevral 1925
Əsas insanlar Artyomov Nikolay Sergeyeviç (Baş direktor)
Sayt greatbook.ru

"Böyük Rusiya Ensiklopediyası", 1991-ci ilə qədər "Sovet Ensiklopediyası" — əvvələr Sovet və müasir Rusiya elmi nəşriyyatı. 1925-ci ildə SSRİ-də ensiklopediyalar nəşri üçün Kommunist Akademiyası və SSRİ Mərkəzi İcra Komitəsində təsis edilmişdir.[1]

Hal hazırda səhmlərinin 100% Rusiya Federasiyasına məxsus olan açıq səhmdar cəmiyyəti statusuna malikdir.

Təşkilati formaların xronologiyası

  • 1925 — "Sovet Ensiklopediyası" səhmdar cəmiyyəti olaraq quruldu və Böyük Sovet Ensiklopediyasının 1-ci nəşrini buraxmağa başladı.
  • 1930—1935 — "Sovet Ensiklopediyası" Dövlət lüğəti və ensiklopedik nəşriyyatı.
  • 1935—1949 — "Sovet Ensiklopediyası" Dövlət İnstitutu.
  • 1939 — "Qranat" nəşriyyatının təşkilatla birləşməsi
  • 1949—1959 — "Böyük Sovet Ensiklopediyası" Dövlət Elmi Nəşriyyatı.
  • 1959—1963 — "Sovet Ensiklopediyası" Dövlət Elmi Nəşriyyatı.
  • 1963 — Xarici və Milli Lüğətlərin Dövlət Nəşriyyat Evi və Fizmatgiz elmi və texniki lüğətlərinin redaktorları ilə birləşməsi.
  • 1963—1991 — "Sovet Ensiklopediyası" nəşriyyatı.
  • 1974 — lüğət nəşrləri "Russki yazık" nəşriyyatına keçir.
  • 1991-ci ildən "Böyük Rus Ensiklopediyası" elmi nəşriyyatı.

Elektron versiyası

Multimedia.ru (Autopan) studiyası ilə birlikdə “Rus Ensiklopediyalarının Qızıl Fondu”[2] (rus. «Золотой фонд российских энциклопедий») layihəsi çərçivəsində CD disklərdə BSE-nin (3-cü nəşr) elektron versiyası təşkil edildi. Onlayn versiyaların hüquqları "Rubrikon" portalına aiddir.[3]

İstinadlar

  1. Təsisçilər və payçılarıın siyahısı 1930-cu ilə qədər dərc edilmiş ensiklopediyaların bütün cildlərinin baş səhifələrinin arxa hissəsində göstərilir.
  2. "«Золотой фонд»". 2012-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-09-30.
  3. «Рубрикон» Arxivləşdirilib 2006-04-14 at the Wayback Machine (частично платный)

Xarici keçidlər