Bərdibəy xan
Məhəmməd Bərdibəy xan | |
---|---|
Бердибегхаан | |
![]() | |
Qızıl Ordanın XII xanı | |
1357 – 1359 | |
Əvvəlki | Canıbəy xan |
Sonrakı | Qulpa xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat səbəbi | zəhər[d] |
Fəaliyyəti | monarx |
Atası | Canıbəy xan |
Anası | ? |
Uşağı | 1 qız (Mamay xan ilə evlənmişdi) |
Dini | İslam |
![]() |
Bərdi Bəy or Bərdibəy (tam adıː Məhəmməd Bərdibəy xan; d. 1310 – ö. 1359) — Canıbəydən sonra 1357-1359-cu illərdə Qızıl Orda xanı. Qızıl Orda dövlətində hakimiyyət uğrunda uzunmüddətli ara müharibələrin başlandığı böyük fəlakətlər dövrünün başlanğıcı.
Hakimiyyəti illəri
Qızıl Orda hökmdarı Canıbəy 1357-ci ildə Çobaniləri məğlub etdikdən sonra Azərbaycanı və Şimal-qərbi İranı ələ keçirib həmin ərazilərin idarəçiliyini oğlu Bərdi bəyə tapşırmışdı. Lakin həmin ildə atasının ölüm xəbərini alan Bərdi bəy Qızıl Orda dövlətinə geri dönmüş və 22 iyul 1357-ci il tarixində atasının taxtına yiyələnmişdir. Rus knyazlıqları onu hakimiyyətə gəlişi münasibəti ilə təbrik etmişdilər. [1] Tver knyazlığı tərkibində ləğv edilmiş Xolmsk knyazlığının başçısı Vsevolod Qızıl Orda dövlətinin mərkəzi Saray şəhərinə yollanaraq öz əmisinin Tver knyazı kimi mövqeyini bərpa etməyə çalışsa da buna nail ola bilmir. Həbs edilir və Tverə geri dönməyə məcbur edilir. [1] Bərdi bəy Tuğluq bəyin məsləhəti ilə hakimiyyəti üçün təhdid hesab etdiyi 12 ən yaxın qohumunu edam etdirir; həmin qohumlarından biri cəmi 8 aylıq qardaşı idi. Nənəsi Taydula xatunun xahişinə baxmayaraq o körpə qardaşını yerə çırparaq öldürür.[2] Bu cür tədbirlərə baxmayaraq Bərdi bəy məsləhətçisi Tuğluq bəylə birlikdə 1359-cu ilin avqust / sentyabr ayında öldürülür və onun əvəzinə Qulpa xan hakimiyyətə gətirilir. [2] Onun ölümündən sonra Qızıl Orda dövlətində böyük fəlakətlər dövrü adlandırılan növbəti 20 il ərzində 25 xan dəyişir. [3]
Ailəsi
Bərdi bəyin Tulun bəy Xanım adlı bir qızı var idi. O, 1370-1371-ci illlərdə Qızıl Orda dövlətini idarə etmişdir. Tulun xatun Mamay xanla, Mamay xan öldükdən sonra Toxtamış xanla ailə həyatı qurmuşdur. 1386-cı ildə məhz Toxtamış xan tərəfindən edam edilmişdir.[4]
İstinadlar
İstinadların sınaq göstərişi
- ↑ 1 2 Fennell, John (15 November 2023). The Emergence of Moscow, 1304–1359. Univ of California Press. ISBN 978-0-520-34759-5.
- ↑ 1 2 Tizengauzen, V. G. (trans.), Sbornik materialov otnosjaščihsja k istorii Zolotoj Ordy. Izvlečenija iz persidskih sočinenii, republished as Istorija Kazahstana v persidskih istočnikah. 4. Almaty, 2006, s. 255
- ↑ Safargaliev, M. G., Raspad Zolotoj Ordy. Saransk, 1960. s. 111-112
- ↑ Počekaev, R. J., Cari ordynskie: Biografii hanov i pravitelej Zolotoj Ordy. Saint Petersburg, 2010: 163, 195, 198