Yevlax rayonunun Aşağı Bucaq inzibati ərazi vahidində kənd. Kürsahili düzənlikdədir. Mənşəcə Səlcuq oğuzlarının bəydili tayfasının adını əks etdirir. I Şah Abbas dövründə bəydillilərin bir qismi Kirmana və İiraza köçürülmüş, hal-hazırda da bu şəhərlərin ətrafında yaşayan, maldarlıq və əkinçiliklə məşğul olan bəydillilər oz adlarını regionun toponimiyasında və Bəqdili familiyasında yaşada bilmişlər. 1933-cu ildə Biləsuvar rayonunun Xırmandalı, Ağdaş rayonunım Havarlı inzibati ərazi vahidlərində də Beydilli yaşayış məntəqələri qeydə alınmışdır[1].
İstinadlar
↑"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.