Babil (film, 2006)

Babil
ing. Babel
Janr dram filmi
Rejissor
  • Alehandro Qonsales İnyarritu[d]
Prodüserlər
  • Alehandro Qonsales İnyarritu[d]
  • Stiv Qolin[d]
Ssenari müəllifləri
  • Alehandro Qonsales İnyarritu[d]
Baş rollarda
Operator
  • Rodriqo Prieto[d]
İstehsalçılar Summit Entertainment
Distribütor Netflix
İlk baxış tarixi 23 may 2006[1], 21 dekabr 2006[2]
Müddət 142 dəq.
Büdcə 25.000.000 $
Ölkələr
Dil ingilis dili[3][6]
Rəng rəngli
Çəkiliş yeri Meksika, San-Dieqo, Yaponiya, Mərakeş
IMDb ID0449467
Mükafatları Ən yaxşı musiqiyə görə "Oskar" mükafatı

Babil (ing. Babel) — Alehandro Qonsales İnyarritunun 2006-cı ildə çəkdiyi psixoloji dram filmi. Film Mərakeş, Yaponiya, Meksika və ABŞ-də yaşayan bir-biriləri ilə əlaqəsi olan insanların həyatından bəhs edir.

Məzmun

Filmdə üç əsas süjet xətti göstərilib. Bütün bunlar tamaşaçıya böyük bir Babili xatırladan dünyamızın vəziyyətini göstərir, harada insanlar bir biri ilə anlaşmağa məcburdular: özünkünə nail olmaq və başqalarına qulaq asmaq.

Mərakeş süjet xətti — amerikalı turistlərin, həmçinin Riçard ConsSyuzan Cons ər-arvadın talelərinin bir sıra sadə Mərakeş əhalisinin taleləri ilə toqquşması. Sadə əhalinin ABŞ sakinləri üçün qəribə gələn həyat tərzləri göstərilib. Syuzan çoban oğlanın təsadüfən tüfəngdən açdığı atəş zamanı yaralanır. Atəş bir neçə insanın əzab çəkməsinə səbəb olur.

Meksika/ABŞ süjet xətti RiçardSyuzanın uşaqlarına dayəlik edən meksikalı qulluqçu Ameliya ilə bağlıdır. Mərakeşdəki faciəvi hadisələr onu uşaqları Meksikaya, oğlunun toyuna aparmağa məcbur edir. Uşaqlar, DebbiMayk şən meksika toyunun şahidi olurlar. Gördükləri onlara həm əyləncə verir həm də şoka salır. San Diyeqoya qayıdış təhlükəli macəraya çevrilir, nəticədə Ameliya uşaqlarla səhrada susuz qalır.

Yaponiya süjet xətti — lal-kar yeniyetmə qız Çieko haqqında əhvalatdır. O, öz dünyasında, öz şəhərində başa düşülməyə çalışır. Detektiv Kenji ona kömək etməyə çalışır, əslində isə onun Mərakeşli bələdçiyə tüfəng hədiyyə etmiş atası ilə görüş axtarır…

Film haqqında

  • Bu filmdə iştirak etmək üçün Bred Pitt prodüserlərindən olduğu "Dönüklər" filmində baş rolların birindən imtina edib. Bu addımı o, çoxdan Alehandro Qonzales İnyarritunun filmlərinin pərəstişkarı olması ilə izah edib.
  • Rejissor Alehandro Qonzales İnyarritu yerli şəhər meydanında futbol oynadığını gördüyü Bobker Ait Əl Kaidi sınaq çəkilişlərinə çağırıb. Bu mərakeşli oğlan atasının tüfəngi ilə pis işlərə bulaşan Yusif rolunu oynamaq fürsəti qazanıb.
  • Film ingiliscə "Babylon" adlanır. Orijinal "Babil" adı isə bu sözün ərəbivrit dillərindəki tələffüzüdür.
  • Filmin final səhnəsində yaralı Syuzanı aparan helikopter Kasablankanın ən görməli yeri – Böyük II Həsən məscidinin yaxınlığından uçur.

Rollarda

Mərakeş

  • Bred PittRiçard Cons
  • Keyt BlanşetSyuzan Cons
  • Məhəmməd Əhzəm — Ənvər
  • Bubkə Eyt Əl Kaid — Yusif
  • Səid Tərçani — Əhməd
  • Həmid Muryani — Abdulla
  • Əbdülkander Bara — Həsən
  • Uahiba Zəhmi — Zöhra

Meksika

  • Adriana Barraza — Ameliya
  • Qael Qarsia Bernal — Santyaqo
  • El FenninqDebbi Cons
  • Natan Qembl — Mayk Cons
  • Klifton J. Kollins — Meksika sərhədində polis zabiti'
  • Maykl Pina — Zabit Con

Yaponiya

  • Rinko Kikuçi — Çieko Vatai
  • Kodzi Yakuzo — Yasudziro Vatai
  • Satosi Nikaydo — Detektiv Kenji
  • Yuko Murata — Mitsu
  • Siqemitsu Oqi — Diş həkimi

Mükafatlar və Namizədliklər

  • Oskar 2007:
    • Namizəd: Ən yaxşı filmə görə (Alexandro Gonzalez İnyaritu, Con Kilik və Stiv Qolin)
    • Namizəd: Ən yaxşı rejissor işinə görə (Alexandro Gonzalez İnyaritu)
    • Namizəd: ən yaxşı ikinci plan qadın roluna görə (Adriana Barraza)
    • Namizəd: ən yaxşı ikinci plan qadın roluna görə (Rinko Kikuçi)
    • Namizəd: ən yaxşı orijinal ssenariyə görə (Qilyermo Arriaqa)
    • Namizəd: ən yaxşı montaj işi (Duqlas Krays, Stiven Mirron)
    • Qalib: ən yaxşı musiqi(Qustavo Santaolalla)
  • Beynəlxalq Kann Kino Festivalı:
    • Qalib: Ən yaxşı rejissor (Alexandro Gonzalez İnyaritu)
    • Qalib: François Chalais Award (a Prize of the Ecumenical Jury)
    • Namizəd: Qızıl palma budağı (Ən yaxşı film)
  • Qızıl Qlobus:
    • Qalib: Ən yaxşı dram filmi
    • Namizəd: Ən yaxşı rejissorluğa görə (Alexandro Gonzalez İnyaritu)
    • Namizəd: Ən yaxşı ikinci plan kişi roluna görə (Bred Pitt)
    • Namizəd: Ən yaxşı ikinci plan qadın roluna görə (Adriana Barraza)
    • Namizəd: Ən yaxşı ikinci plan qadın roluna görə (Rinko Kikuçi)
    • Namizəd: Ən yaxşı ssenariyə görə (Qilyermo Arriaqa)
    • Namizəd: Ən yaxşı musiqi(Qustavo Santaolalla)
  • ABŞ kino aktyorlarının Gildiya mükafatı:
    • Namizəd: Ən yaxşı aktyor seçiminə görə
    • Namizəd: Ən yaxşı ikinci plan qadın roluna görə (Adriana Barraza)
    • Namizəd: Ən yaxşı ikinci plan qadın roluna görə (Rinko Kikuçi)
  • Ən yaxşı onluğa düşüb:
    • American Film Institute Awards 2006

Xarici keçidlər