Balıq və çips
Balıq və çips (ing. Fish and Chips, Fish&Chips, Fish `n` Chips) — Böyük Britaniya, İrlandiya, Avstraliya, Yeni Zelandiya, Kanada və Cənubi Afrikada populyar olan ayaqüstü yemək. Kartof qızartması ilə birgə verilən unda qızardılmış balıq filesindən ibarətdir. Bəzən qarğıdalı, göy noxud, lobya, soğan, incə doğranmış xiyar, bənövşəyi kələm, mayonez və ya tartar sousu kimi inqrediyentlərlə birgə verilir.
Bir sıra diyetoloqlar bu yağlı yeməyin sağlamlığa ziyan olduğunu bildirirlər.