Bayt (ing.byte) — əsas informasiya vahidi olub 8 bitə bərabər hesab olunur. Rəqəmli informasiyanın saxlanması və emal olunması vahididir.
Bir bayt 0-255 aralığında ikilik ədədləri kodlaşdıra bilir. Klaviaturadan daxil edilən hər hansı bir simvol ASCII kodlaşdırmasında kompüterin yaddaşında 1 bayt yer tutur.