Bazu-baş kötüyü – lat.Truncus brachiocephalicus (a. Anonyma – BNA) 3-4 sm uzunluğunda olub aorta qövsündən başlayır, nəfəs borusunun sağ yarısının ön səthilə yuxarı, sağa və arxaya doğru gedərək sağ döş körpücük oynaöının bərabərində iki şaxəyə bölünür:
lat.arteria carotis communis dextra – sağ ümumi yuxu arteriyası;
lat.arteria subclavia dextra – sağ körpücükaltı arteriya.
Bazu-baş kötüyü tamamilə döş qəfəsində yerləşmişdir, qabaq tərəfdən sol bazu-baş venası ilə, sağ tərəfdən sağ bazu-baş venası ilə və sol tərəfdən ümumi yuxu arteriyası ilə əhatə olunmuşdur. Genez cəhətcə bazu-baş kötüyü ruşeym dövründə sağ aorta qövsünün qalığıdır.
Bronx arteriyaları • Qida borusu arteriyaları • Orta divar arteriyaları • Dal qabırğaarası arteriyalar • Diafraqmanın yuxarı arteriyaları • Ürək kisəsi arteryaları
Göbək arteriyası • Sidikliyin aşağı arteriyası • Uşaqlıq arteriyası • Düz bağırsağın orta arteriyası • Daxili cinsiyyət arteriyası • Aşağı sağrı arteriyası • Qalça-bel arteriyası • Bayır oma arteriyası • Qapayıcı arteriya • Yuxarı sağrı arteriyası