Billi Zeyn
Billi Zeyn | |
---|---|
ing. Billy Zane | |
Doğum adı | William George Zane Jr. |
Doğum tarixi | 24 fevral 1966[1][2] (58 yaş) |
Doğum yeri | |
Uşağı | 2 |
Fəaliyyəti | aktyor, kinorejissor, səsləndirmə aktyoru[d], teatr aktyoru, televiziya aktyoru, kino aktyoru, film prodüseri, model[d], rəssam |
Fəaliyyət illəri | 1985-ci ildən |
IMDb | ID0000708 |
Vikianbarda əlaqəli mediafayllar |
Uilyam Corc Zeyn Jr. (ing. William George Zane Jr.); (24 fevral 1966[1][2], Çikaqo) – yunan əsilli, ABŞ-lı aktyor və rejissor.
Həyatı
Zeynin həqiqi ailə soyadı Tzanetakosdur. İlk böyük rolunu Gələcəyə Dönüş filmi ilə qazandı. Billi Zane, beynəlxalq şöhrətini Dead Calm filmindəki Hughie Warriner rolu ilə qazandı. Zeynin 1989-cu ildə rol aldığı bir digər istehsal isə NBC televiziyası üçün çəkilən The Case of the Hillside Stranglers oldu. 1999-cu ildən etibarən bir çox film və televiziya istehsalında rollar almağa başlayan Zeyn, 1997-ci ildə çəkilən Titanik filmi ilə dillər əzbəri oldu. Bu rolu ilə çoxlu sayda mükafatın sahibi oldu. 1998-ci ildə çəkilən I Woke Up Early The Day I Died filmi ilə də çoxlu sayda mükafat qazanmağı bacardı. Əyləncə sektorunun digər sahələrində də işlərini davam etdirən Billi Zeyn, müğənniliyi ilə çox sayda şoularda da iştirak edir.
Filmoqrafiya
- Gələcəyə Dönüş (1985)
- Gələcəyə Dönüş 2 (1989)
- Titanik (1997)
- Qurdlar Vadisi İraq (2006)
İstinadlar
- ↑ 1 2 Billy Zane // Internet Broadway Database (ing.). 2000.
- ↑ 1 2 Billy Zane // filmportal.de. 2005.