Biloksi (Missisipi)
şəhər | |
Biloksi | |
---|---|
ing. Biloxi | |
![]() | |
30°23′45″ şm. e. 88°53′07″ q. u.HGYO | |
Ölkə |
![]() |
Tabesində | Missisipi |
Region | Harrison |
Başçı | Andrey Qiliç |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1838 |
Sahəsi | 120.9 km² |
Mərkəzin hündürlüyü | 6 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 45,975 nəfər (2016) |
Sıxlığı | 464.5 nəf./km² |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 228 |
Poçt indeksləri | 39530–39535, 39540 |
Digər | |
biloxi.ms.us | |
![]() |
Biloksi — ABŞ-nin Missisipi ştatında şəhər. 2010-cu ildə əhalinin siyahıya alınmasında əhalinin sayı 44054[1] nəfər qeydə alınıb, 2016-cı ildə isə 45975[2] nəfər olduğu açıqlanıb. Qalfport şəhəri ilə birlikdə Biloksi Harrison əyalətinin əsas mərkəzidir. İlk dəfə fransız kolonistlər tərəfindən salınmışdır.
Biloksi şəhərinin sahil sərhəddi Missisipi çayı boyunca uzanır.
Tarixi
Şəhər ilk dəfə 1699-cu ildə fransızlar tərəfindən salınıb. 1720-ci ildə Luziana ştatının inzibati mərkəzi Mobil şəhərindən Biloksiyə köçürüldü.[3] 1722-ci ilin iyun ayında paytaxt Nyu-Orleansa köçürüldü və Biloksi əvvəlki statusunu itirdi.
Bir müddət şəhər Qərbi Floridanın paytaxtı olmuşdur. XIX əsrin əvvəllərində ABŞ-nin yurisdiksiyası altında keçdi.
Əhalisi
2000-ci il siyahıya alınmasına görə, şəhərin irqi quruluşu 71.43% ağlardan, 19.04% afro-amerikalılardan, 0.49% yerli amerikalılardan, 5.11% asiyalılardan, 0.11% pasifik əhalisindən,1.43% digər irqlərdən və 2.38% iki və ya daha çox irqin nümayəsindən ibarətdir. Əhalinin 3.65% -i ispanlardan və ya latın amerikalılarından təşkil olunmuşdur.
2005-ci ildə Katrina qasırğası nəticəsində bir çox vyetnamlı amerikalılar Biloksi şəhərini tərk etdilər. 2009-cu ildə Biloksidəki Vyetnam ictimaiyyətinin üzvləri bildirdi ki, vyetnamlılar Birləşmiş Ştatların digər bölgələrində yoxsul iqtisadi vəziyyətə görə Biloksiyə geri dönürlər.[4]
Təhsil sistemi
Şəhərdə Biloksi İctimai Məktəbi və Harrison Əyalət məktəbi yerləşir.
Körfəz sahilində böyük bir Katolik məktəb sistemi var, onun da 15%-i Biloksinin payına düşür.[5]
Virciniya kollecinin Biloksi/Qalfport ərazisində yerləşən geniş bir kampusu var.
İstinadlar
- ↑ "Geographic Identifiers: 2010 Census Summary File 1 (G001): Biloxi city, Mississippi" Arxivləşdirilib 2020-02-13 at Archive.today. American Factfinder. U.S. Census Bureau. Retrieved August 15, 2017.
- ↑ "Population and Housing Unit Estimates" Arxivləşdirilib 2018-06-13 at the Wayback Machine. Retrieved June 9, 2017.
- ↑ "La Louisiane française" (in French), by Virginie Tanlay, from book Histoire de la Louisiane, flfa-enquete7 Archived March 4, 2009, at the Wayback Machine.: states that Iberville chose "le site de Bilocci" (or Biloxi)
- ↑ Thomas, Danielle. "Biloxi Vietnamese say poor economy equals local population rise Arxivləşdirilib 2011-09-28 at the Wayback Machine." WLOX. May 10, 2009. Updated on May 11, 2009. Retrieved on August 14, 2010.
- ↑ "Archived copy". Archived from the original on 2011-07-25. Retrieved 2010-11-21.