Birma pişiyi
Birma pişiyi - yarımuzuntüklü pişik cinsi.
Haqqında
Birma pişiyi 1920-ci illərdə Fransada yetişdirilmişdir. Bədəni əzələli, azca uzunsovdur; qüvvətli, qısa ayaqları var. Başı yumru, alnı bir qədər dikdir. Gözləri oval formalı, tünd-mavidir. Tükü Siam pişiyi tükü rəngində, ipək kimi yumşaq, boynunda, belində, yanlarında və quyruğunda daha uzundur. Birma pişiyinin rənginin fərqləndirici əlaməti bütün pəncələrinin simmetrik ağ "corab"da olması - ağ tüklə örtülməsidir. Sakit və insana tez alışandır.[1]
![Birma pişiyi](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/06/Birmanstrofe.jpg/220px-Birmanstrofe.jpg)
Mənbə
- Azərbaycan Milli Ensiklopediyası. IV cild. Bakı.2013, səh.137
İstinadların sınaq göstərişi
- ↑ "BİRMA PİŞİYİ". Azərbaycan Milli Ensiklopediyası (az.). 16-08-2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31-08-2024.