Bob Sinkler
Bob Sinkler | |
---|---|
Bob Sinclar | |
![]() Sinkler 2011-ci ildə | |
Ümumi məlumatlar | |
Doğum adı | Kristof Le Friа́n |
Ləqəbləri | Bob From Paris, Chris The French Kiss, Desmond K, The Mighty Bop, Africanism, Reminiscence, Reminiscence Quartet, Yellow Productions |
Doğum tarixi | |
Doğum yeri | Paris, Fransa |
Vətəndaşlığı |
![]() |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | DJ, musiqi prodüseri |
Fəaliyyət illəri | 1987 — indiyə kimi |
Janrlar | Fransa hausu, hip hop, eysid caz |
Musiqi aləti | elektron klaviatura[d] |
Albom şirkətləri | Yellow Production, Ministry of Sound |
bobsinclar.com | |
![]() |
Bob Sinkler (doğum adı Kristof Le Friа́n fr. Christophe Le Friant; 10 may 1969-cu il) — Fransalı prodüser, DJ. Yellow Production adlı leyblın yaradıcısı.
Musiqi karyerası
Kristof Le Friа́n Dj-liyə 1980-ci illərdə "Chris the French Kiss" adı altında başlayıb. Bu müddət ərzində hip-hop musiqisi və caz musiqisi ona daha çox təsir edib və o, The Mighty Bop və Reminiscence Quartet (musiqi kvarteti ilə birlikdə) adlı musiqi layihələri yaradıb. Reminiscence kvartetində Le Friа́n ləqəbini Desmond K dəyişmişdir. Bob Sinkler adını 1998-ci ildə qəbul edib, bu təxəllüsü o, Le Magnifique filmindən götürüb. O, haus-musiqisinin "fransız üslubunu" diskonun sətirləri ilə istifadəsinə və tanıdılmasına görə məşhurlaşıb. O, öz musiqi üslubunun "sülh, məhəbbət və haus-musiqisinindən" ilham aldığını bildirmişdi.[1] Sinklerin bir neçə mahnısı beynəlxalq hitlərə çevrilmişdilər, xüsusən də Avropa da çox populyar olmuşdular. "Love Generation" (Qeri Paynla birgə) və "World, Hold On" (Stiv Edvardsla birgə) onun ən populyar hitləridi. 2006-cı ildə Bob Sinkler The Music Factory mükafatının Best Dance International (Ən yaxşı xarici rəqs) nominasıyasında Belçika təmsilçisi kimi qalib gəlmişdir.
Diskoqrafiyası
Sinqılları
Adı | Buraxıldığı il | Leybl | Əlavə məlumat |
---|---|---|---|
Kiss My Agony | 2009 | Netswork Records | Daddy's Groove ilə birgə |
Lala Funk | 2010 | Yellow Productions | MC Leozinho ilə birgə |
Far l'Amour | 2011 | Defected Records | Raffaella Camera ilə birgə |
F*** With You | 2012 | Yellow Productions | Sophie Ellis Bextor və Gilbere Forte ilə birgə |
The Beat Goes On | 2012 | Yellow Productions | |
Groupie | 2012 | Yellow Productions | |
Summer Moonlight | 2013 | Yellow Productions | |
Cinderella (She Said Her Name) | 2013 | Yellow Productions | |
Heart of Glass | 2014 | Ultra | Gisele ilə birgə |
Everybody | 2014 | Yellow Productions | Dj Roland Clark ilə birgə |
Back Again | 2014 | Toolroom | |
Touché | 2016 | Yellow Productions | |
Move Right | 2016 | SPRS | Robbie Rivera ilə birgə |
Someone Who Needs Me | 2016 | Spinnin' Deep | |
Burning | 2016 | Spinnin' Records | Daddy's Groove ilə birgə |
Stand Up | 2016 | Spinnin' Premium |
Albomları
Adı | Buraxıldığı il | Leybl | |
---|---|---|---|
Paradise | 1998 | ||
Champs Elysées | 2000 | ||
III | 2003 | ||
Western Dream | 2006 | ||
Soundz of Freedom | 2007 | ||
Born in 69 | 2009 | ||
Made In Jamaïca | 2010 | ||
Disco Crash | 2012 | ||
Paris by Night | 2013 |
İstinadlar
- ↑ "Interview: Bob Sinclar". LessThan3. Yanvar 2011-ci il. 2012-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-02-02.