Bostançı (Xaçmaz)
Bostançı | |
---|---|
41°36′17″ şm. e. 48°44′46″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 18 m |
Saat qurşağı | |
Bostançı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Dədəli kənd inzibati ərazi dairəsində kənd.[1][2]. Bostançı bələdiyyəsinin mərkəzidir[2].
Coğrafiyası
Kənd Samur-Dəvəçi ovalığındadır[2].
Oykonimi
Oykonimi etnotoponim hesab edən tədqiqatçıların fikrincə, toponim bostan (qırğızlarda və özbəklərdə boston) tayfa adından və -"çı" mənsubiyyət şəkilçisindən düzəlib[2]. Bostançı oykoniminin bu kənddə yaşayan əhalinin qədim məşğuliyyəti (tərəvəz yetişdirmə) ilə də bağlı olması da ehtimal olunur[2].Kəndin adı bəzi mənbələrdə Osmanlı imperiyasını idarə edən sultanların saray işlərini idarə edən bostançıbaşı ailəsinin Azərbaycana köçməsi ilə əlaqələndirilir.
Ermənistanda da Bostançı Xaraba, Gürcüstanda Bostançı, Özbəkistanda Bostanlık, Bustan, Tacikistanda Bustankala toponimləri qeydə alınmışdır[2].
İnfrastruktur
Kənddə tam orta məktəb, kitabxana, tibb məntəqəsi, mədəniyyət klubu vardır. Kəndin mərkəzində məscid yerləşir[2].
İstinadlar
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ 1 2 3 4 5 6 7 "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 147.