Broholmer

Broholmer
Mənşəyi
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

BroholmerDanimarkaya məxsus böyük mastif it cinsi. Danimarka İtçilik Klubu və Beynəlxalq Kinoloji Federasiyası tərəfindən tanınır. Keçmişdə varlıların evlərində gözətçi iti kimi istifadə edilmişdir. İkinci Dünya müharibəsi zamanı bu cinsin sayı kəskin şəkildə azalmış, lakin 1970-ci illərdə uğurla bərpa edilmişdir.

Təsviri

Broholmer mastif tipli böyük və güclü bir itdir. Onun yüksək və təsir edici hürüşü, dominant yerişi var. Yaxşı təlim keçmiş broholmer sakit, xoş xasiyyətli və mehriban olur, lakin yad insanlara qarşı ehtiyatlı davranır. Dişilərin boyu təxminən 70 sm, çəkisi 41–59 kq olur. Erkəklər təxminən 75 sm hündürlükdə və 50–68 kq arasında çəkidədirlər. Onların bədəni böyük, başlı kvadrat formalı olur. Kəllənin eni, uzunluğu və burunun uzunluğu bir-birinə bərabərdir. Baş ümumilikdə çox hündür deyil. Tük örtüyü qısa və sərt olur. Rəngi açıq və ya qəhvəyi sarı, yaxud qara ola bilər. Bəzi ağ işarələrə və qara üzə icazə verilir. Broholmerlərin orta ömrü 7–12 il təşkil edir.[1]

Tarixi

Bu cins 2009-cu ildə Birləşmiş Krallığa idxal edilmişdir. 2016-cı ildə ABŞ-yə gətirilən broholmerlərdə spontan yaranan, yetkin yaşlarda başlayan onurğa beyni pozğunluğu olan degenerativ mielopatiya (DM) aşkar edilmişdir. Bu xəstəlik insanlarda amiotrofik lateral skleroz xəstəliyinə bənzəyir. DM xəstəliyində onurğa beyninin və periferik sinirlərin "ağ maddəsi" degenerasiyaya uğrayır. Onurğa beyninin ağ maddə yolları hərəkət əmrlərini beyindən əzalara, hissiyyat məlumatlarını isə əzalardan beyinə ötürür. ABŞ-yə gətirilən ilk broholmer DM səbəbindən 2018-ci ildə ölmüşdür və idxal edilən digər itlərdə də bu xəstəlik qeydə alınmışdır. Bu itlər heç vaxt rəsmi şəkildə təqdim edilməmiş, Danimarkanın sağlam broholmerlərin qorunması və yetişdirilməsi üzrə əsas təşkilatı olan "Broholmer Selskabet" tərəfindən qəbul edilməmişdir. 2010-cu ildə Danimarkadan ABŞ-yə tamamilə sağlam bir erkək broholmer göndərmişdir, lakin o, ABŞ-də heç vaxt yetişdirilməmişdir.[2]

Qidalanma

Broholmerlər sağlam və balanslı bir qidalanmaya ehtiyac duyurlar. Onların pəhrizi bütün lazım olan vitamin və mineralları təmin edəcək şəkildə tərtib edilməlidir. Bu iri və güclü itlər üçün ən yaxşı seçim təbii məhsullarla qidalanmaqdır. Pəhrizin əsas maddəsi ət olmalı, həmçinin digər bəzi təbii məhsullar da qida rejimində yer almalıdır. Bunlara dəniz balığı daxildir, lakin sümüklərdən təmizlənmiş olması vacibdir. Balıq yağı da onların qidalanma tələblərinə uyğun bir əlavədir. Xərçəng qaraciyəri, yerkökü və digər tərəvəzlər, yaşıl otlar, meyvələr və turş süd məhsulları da broholmerlərin sağlamlığını dəstəkləyən qida maddələridir.[1]

İstinadlar

  1. 1 2 Хейккинен-Лехконен П. Веймарская легавая // Друг (журнал). перевод О. Мищихи. № 2 (97). 2002. 42—43.
  2. Cunliffe, Juliette. The Encyclopedia of Dog Breeds. Parragon Publishing. 2004 [1999]. səh. 299.