Bruno Sakko

Bruno Sakko
it. Bruno Sacco
Doğum tarixi 12 noyabr 1933(1933-11-12)
Doğum yeri
Vəfat tarixi 19 sentyabr 2024(2024-09-19)[1] (90 yaşında)
Vəfat yeri
Vətəndaşlığı  İtaliya
Milliyyəti italyan
İxtisası sənaye dizaynı
Təhsili Turin Politexnik Universiteti
Fəaliyyəti dizayner
Fəaliyyət illəri 1958-1999
Mükafatları "İtaliya qarşısında xidmətlərə görə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bruno Sakko (it. Bruno Sacco; 12 noyabr 1933, Udine, İtaliya krallığı19 sentyabr 2024[1], Zindelfingen, Baden-Vürtemberq[2]) — İtalyan maşın dizayneri. O, 1975-1999-cu illərdə Daimler-Benz (indiki Daimler AG) şirkətində baş dizayner kimi çalışıb. Avtomobil tarixinin ən böyük dizaynerlərindən biri hesab olunur.[3][4][5]

Beynəlxalq və Avropa avtomobil şöhrət salonlarının üzvü, həmçinin Əsrin avtomobil dizayneri adına əsas namizədlərdən biri.

Həyatı

Bruno Sakko tərəfindən hazırlanmış "Mercedes-Benz W201" modeli
Qağayı qanadlı qapıları bir qədər açıq olan "Mercedes-Benz C111". Bu "Wankel" mühərrikli konsept avtomobili Sakkonun "Daimler-Benz"də baş dizayner vəzifəsinə yüksəlməsindən əvvəl layihələrindən biri idi.

Bruno Sakko 1933-cü ildə İtaliyanın şimalındakı kiçik Udine şəhərində hərbçi ailəsində anadan olub. Məktəbi bitirdikdən sonra Turin Politexnik Universitetinə daxil olub və burada mühəndis ixtisası üzrə təhsil alıb. Artıq təhsil aldığı müddətdə "Gia" şirkətində, sonra "Pininfarina" dizayn studiyasında çalışıb. Avtomobil dizaynı ilə peşəkar şəkildə məşğul olmaq qərarı ona kortəbii olaraq gəlib.

Bruno Sakko dizayn etdiyi "Mercedes-Benz W201" modeli ilə

Özünün avtobioqrafik kitabında yazdığına görə,[6] 1951-ci ildə tennis kortlarına gedərkən gənc Bruno möhtəşəm mavi "Studebaker Komandan Regal"ın (Raymond Levi tərəfindən dizayn edilmiş) şosedən keçdiyini görür. Bu avtomobilin təsviri Sackkonun fikrindən çıxmır və o, böyük bir avtomobil dizayneri olacağına qəti qərar verir.[7]

1958-ci ildə Sakko Almaniyanın "Daimler-Benz" şirkətində dizayner və mühəndis kimi,[8] Ştutqart yaxınlığındakı Zindelfingen kiçik qəsəbəsində markanın ayrıca dizayn departamentində işə başladı. Orada Karl Vilfert, Friderik Qeyger və Bela Bareni[9] kimi ustaların rəhbərliyi altında çalışıb.

Bruno Almaniyada uzun müddət qalmağı planlaşdırmırdı. Lakin onun planları burda dəyişdi. Əvvəlcə onun həyatında alman Paulina peyda oldu. Onlar ailə qurduqdan az müddət sonra isə qızları dünyaya gəldi.[6]

Bruno "Mercedes-Benz"də ilk dizayn “addımlarını” Mercedes-Benz 600 sedan, 230 SL kabriolet və bir sıra məşhur Mercedes-Benz C111 eksperimental sınaq idman avtomobilləri kimi əlamətdar modelləri inkişaf etdirərək atdı. 1970-ci ildə Sakko dizayn departamentinin rəhbəri, 1975-ci ildə isə stil mərkəzinin direktoru vəzifəsində Fridrix Qeygeri əvəz etdi.[5][6] O vaxtdan başlayaraq W123 seriyasından olan bütün Mercedes-Benz minik avtomobili modelləri Bruno Sakkonun rəhbərliyi altında yaradılmışdır. Onun rəhbərliyi altında və birbaşa iştirakı ilə Mercedes-Benz S-Class (1979, 1991 və 1998), 190 model (1982), 300/500 SL Roadsters (1989), həmçinin Mercedes-Benz C-ClassMercedes-Benz E-Class (1993/) 1995), Mercedes-Benz SLK-Class (1996) və Mercedes-Benz A-Class (1997) modelləri dizayn edilib.[6].

Bruno Sakkonun ən uğurlu işlərindən biri prestij və üslub standartına çevrilən W126 kuzovlu məşhur S-Classdır. İstedadlı dizayner alman brendinə sadiq idi və hər bir modeldə forma ənənələrini qoruyub saxlamağa bütün gücü ilə çalışırdı, lakin bu, pərəstişkarlarını qabaqcıl həllərlə sevindirməyə mane olmurdu. Onun “Mini inqilablar”ı: A-Class, M-Class, “böyük gözlü” E-Class modelləri dünya avtomobil dizaynının incilərindən sayılır.

1999-cu ilin martında Bruno Sakko şirkətin baş dizayneri vəzifəsini tərk edərək, səlahiyyətləri Peter Pfayferə təhvil verdi.

" Mercedes-Benz həmişə Mercedes-Benz kimi görünməlidir
Bruno Sakko[7]
"

Bruno Sakko 19 sentyabr 2024-cü ildə 90 yaşında Zindelfingen şəhərində vəfat edib.[10]

Mükafatları

Zəngin karyerası ərzində Bruno Sakko çoxlu sayda müxtəlif mükafatlar və fəxri adlara layiq görülüb. Onun gəaliyyəti və avtomobil dizaynına verdiyi töhfələr avtomobil jurnalı "Designer's Designer" (1996) tərəfindən yüksək qiymətləndirilib.[11] O, həmçinin "EyesOn Design Lifetime Achievement Award" (1997) və "Raymond Loewy Foundation" tərəfindən "Lucky Strike Designer Award" (1997) ilə təltif edilib.[12] Sakko 1999-cu ildə Əsrin Avtomobil Dizaynerləri siyahısına daxil edilmiş 25 şəxsdən biri olub.[13] Onun adı 2006-cı ildə Avtomobil Şöhrət Zalına və 2007-ci ildə Avropa Avtomobil Şöhrət Zalına daxil edilib.[5][14]

Vətənində Sakko 1991-ci ildə "İtaliya qarşısında xidmətlərə görə" ordeni ilə təltif edilib, 2002-ci ildə Udine Universitetinin fəxri doktoru adını alıb.[11]

İstinadlar

  1. 1 2 https://www.escuderia.com/muere-bruno-sacco-jefe-de-diseno-de-mercedes-benz-entre-1975-y-1999/.
  2. 1 2 https://mbpassion.de/2024/09/bruno-sacco-verstorben/.
  3. Robert Cumberford, Scott Garrett. "The 25 Greatest Car Designers of All Time" (ingilis). MSN. 2015-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-09.
  4. Tony Lewin, Ryan Borroff. How to Design Cars Like a Pro. Motorbooks. 2010. 157. ISBN 9780760336953.
  5. 1 2 3 "Bruno Sacco (1933 - )". Automotive Hall of Fame: Inductees. Automotive Hall of Fame. 2011-07-20 tarixində arxivləşdirilib.
  6. 1 2 3 4 "Bruno Sacco". EyesOn Design. 2008-04-30 tarixində arxivləşdirilib.
  7. 1 2 Stein, Jason. "Sacco created Mercedes' design "language"". The Herald-Mail. 2007-04-23. 2012-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-08. (#apostrophe_markup)
  8. Meiners, Jens. "The man who shaped the quintessential car company". Automotive News Europe. 2007-01. (#apostrophe_markup)
  9. "Master of SL design: Bruno Sacco" (ingilis). Daimler AG. 2012-03-28. İstifadə tarixi: 2015-06-09.
  10. "Traueranzeigen von Bruno Sacco | stuttgart-gedenkt.de". www.stuttgart-gedenkt.de (alman). 2024-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-30.
  11. 1 2 Henke, Wolfgang. "Bruno Sacco". WH Networks. 2001-11. 2008-07-26 tarixində arxivləşdirilib.
  12. "Bruno Sacco". EyesOn Design Lifetime Design Achievement Award. 2008-05-21 tarixində arxivləşdirilib.
  13. "1997 Bruno Sacco". Lucky Strike Designer Award: Past Winners. Raymond Loewy Foundation. 2011-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-18.
  14. Meiners, Jens. "Sacco created timeless designs". Automotive News Europe. 2007-02. (#apostrophe_markup)

Xarici keçidlər