Buşmenlər

Buşmenlər
Namibiyada buşmen ailəsi
Ümumi sayı
90 000
Yaşadığı ərazilər
 Botsvana 55 000
 Namibiya 27 000
 Cənubi Afrika Respublikası 10 000
 Anqola 5 000
 Zimbabve 1 200
Dili

Kho, kha, tu dil ailəsi

Dini

Xristianlıq

Buşmenlər (ing. Bushman) — Afrikada yaşayan xalqlar olub irqi xüsusiyyətlərinə görə zənci irqindən fərqlənirlər. Onların dərilərinin rəngi sarımtıl olmaqla saçları spiralşəkilli burulmuş olurlar. Onlar 10 min il bundan əvvəlki əcdadlarının adət ənənələrini indiyə kimi qoruyub saxlaya biliblər[1].

Buşmenlər gözəl ovçuluq və yığıcılıq qabiliyyətinə malikdirlər. Bu xalqlar Anqolada[2], CAR-da, Namibiyada, Mozambikdə, LesotoBotsvanada yaşayırlar. Koysan dilində danışırlar.

Tarixi

Afrikanın cənubunda yaşayan azsaylı buşmenlərin əcdadları bütün digər Homo sapienslərdən daha çox idi.

Genetiklərin son araşdırmalarına görə, Afrikanın cənubunda yaşayan ovçu-toplayıcı buşmenlər, 150 min il boyu insanların böyük bir hissəsini təşkil etmişdir. Bundan başqa, məlum olmuşdur ki, 120-130 min il əvvəl buşmenlərin əcdadları istisna olmaqla, bütün insanlıq demoqrafik böhran keçirirdi. Alimlər bunu, Avrasiyaya buzlaqların gəlişi nəticəsində Qərbi və Mərkəzi Afrika ərazisində quraqlığın yaranması, lakin qitənin cənubunda mülayim iqlimin saxlanması ilə izah ediblər. Sonuncu məqam buşmen populyasiyalarının yüksək səviyyədə qalmasına imkan verib.

Tədqiqat zamanı Namibiyada yaşayan 5 buşmen tayfasının genomu digər 48 xalqın nümayəndələrinin genomu ilə müqayisə olunmuşdur. Məlum olmuşdur ki, yaxın nigahlar səbəbiylə, hətta son minillikdə belə yeni gen axınının məhdudiyyəti nəticəsində buşmenlər genom səviyyəsində digər xalqlardan ciddi şəkildə fərqlənirlər. Tədqiqatın nəticələri buşmenləri keçmişin ən çoxsaylı xalqı kimi təsdiq etməkdə genetiklərə kömək etmişdir.

Alimlərin araşdırmalarına görə, yalnız 22 min il əvvəl müasir avropalıların, asiyalıların və digər afrika xalqlarının əcdadları buşmenləri "sıxışdırmış" və sayca önə keçmişdir.

Qalereya

Ədəbiyyat

Həmçinin bax

İstinadlar

İstinadların sınaq göstərişi

  1. "Buşmenlər kimlərdir?". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-31.
  2. "Ученые: человечество родом из Анголы и Намибии". 2009-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-31.