Bulmastif
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/0d/Bullmastif_555.jpg/220px-Bullmastif_555.jpg)
Bulmastif — xidmət-qarovul itləri cinsi.[1]
Tarixi
Böyük Britaniyada XIX əsrin sonu – XX əsrin əvvəllərində mastiflərin buldoqlarla çarpazlaşdırılmasından alınmışdır. İlk rəsmi standartı 1925-ci ildə qəbul edilmişdir.[1]
Təsviri
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c5/16_cachorros_Bullmastiff.jpg/220px-16_cachorros_Bullmastiff.jpg)
Bədəni möhkəm sümüklü, güclü, əzələləri aydın görünən, döş qəfəsi geniş, başı çox iridir. Cidov hünd. 61–68,5 sm, kütləsi 45–59 kq-dır. Rəngi kürən, pələng xallı, yaxud açıq-sarı, üzündə mütləq qara “maska” olur. Bulmastif mastifin qarovulçəkmə, buldoqun isə cəldlik, çeviklik və cəsarətlilik keyfiyyətlərini özündə birləşdirir. Güclü və çox anlaqlıdır.[1]
Məşhur Bulmastiflər
- Brutus – Bob Dilanın iti, 1980-ci illərdə
- Butkus – Silvester Stallonun iti
- Roki – Roloff ailəsinin iti (Kiçik insanlar, böyük dünya)
- Svaqqer – Klivland Braunsun canlı tilsimi
- Madg – Henri və Madg (uşaq kitabı)[2][3]
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7f/Anglel_Bless_Legendary_Hills_1_m%C4%9Bs%C3%ADc_st%C3%A1%C5%99%C3%AD.jpg/220px-Anglel_Bless_Legendary_Hills_1_m%C4%9Bs%C3%ADc_st%C3%A1%C5%99%C3%AD.jpg)
İstinadlar
- ↑ 1 2 3 Bulmastif// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 71.
- ↑ "ReadWriteThink: Lesson Plan: Word Study WithHenry and Mudge". 2010-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- ↑ Henry and Mudge
Xarici keçidlər
- Bullmastiff at DMOZ Arxivləşdirilib 2020-08-09 at the Wayback Machine