Buyabes

Buyabes
Aid olduğu milli mətbəxlər
Mənşəyi
Tərkibi
Əsas
Təfərrüatları
Tipi Şorba

Buyabes, Buyabess (fransız dilində:Bouillabaisse), Fransanın Aralıq dənizi sahilləri üçün xarakterik olan Fransa mətbəxinə aid balıq şorbası, Rusiyada Marsel uxası adı ilə tanınır. Ən çox Marseldə yayılmış bu yemək Fransanın Provans əyalətinin original balıq şorbasıdır.

Tarixi

Marsel balıqçılarının ənənəvi yeməyi olan və balıqdan hazırlanan bu yemək satışdan sonra axşama qalan balıqdan hazırlandığına görə ucuz şorba hesab olunurdu. Lakin sonralar Fransanın Aralıq dənizi sahillərində turizmin inkişafı ilə əlaqədar olaraq Marsel restoranlarının mətbəxində bahalı dəniz məhsullarından hazırlanan Buyabes şorbaları mühüm yer tutdu. Hazırda Provans restoranlarında müştərilərə 150–200 avroya təklif olunan Buyabes şorbalarına daha tez-tez rast gəlinir.[1]

Qədim Fransa əfsanələrinə əsasən qədim yunan ilahəsi Afrodita hər gün əri Hefestə Buyabes şorbası hazırlayırdı.[2].

Mənbə

  • Путешествие Десятой Музы. Красноярск, 1994 год.

İstinadlar