Cırtdan qartalça

Cırtdan qartalça
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Neoaves
Klad:
Passerea
Klad:
Telluraves
Klad:
Accipitrimorphae
Fəsilə:
Yarımfəsilə:
Növ:
Cırtdan qartalça
Beynəlxalq elmi adı

Cırtdan qartalça (lat. Hieraaetus pennatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartalça cinsinə aid heyvan növü. Təhlükə altında olan və sayı azalan quş növüdür.

Təsviri

Ən kiçik qartaldır. Ümumi rəngi qəhvəyi-qonur, quyruğu nisbətən açıq, çalma lələkləri isə tünd rənglidir. Səsi zəif, amma bərkdir (“yuq-yuq-yuq”).

Yayılması

Arealı genişdir: Avropa, Asiya, Afrika, Avstraliya, Azərbaycanda aranda və dağda yayılıb. Yaşayış yeri və həyat tərzi: Açıq sahə ilə növbələşən seyrək meşələrdə və hündür ağac olan köhnə bağlarda yaşayır. Azərbaycana reproduksiya üçün gəlir (apreldən oktyabra qədər olur). Yalnız ağacda yuva tikir və ya başqa quşların yuvasını zəbt edir. Mayın əvvəllərində 2 ədəd ağ yumurta verir, 28-29 gün kürt yatır, balaları 2 ay yuvada bəslənib pərvaz olurlar, amma əlavə olaraq bir ay (avqustda) ailəvi yaşayırlar. Əsas yemi siçan, kərtənkələ, qurbağa və quşlardır (sərçədən tutmuş göyərçinə qədər).

Sayı

XX əsrə qədər adi saylı yırtıcı quş hesab edilib. XX əsrin birinci yarısında meşələrin kənar işıqlı yerlərində adi saylı, meyvə bağlarında isə nadir olub. 1970-ci illərdən sonra aran və tuqay meşələrində nəsil verməkdən məhrum olub. XX əsrin axırında cəmi 80, 10 il sonra isə 30 cüt quş qalıb.

Azalma səbəbi

Uzun müddət guya zərərli (yırtıcı) quş kimi təqib olunması, meşələrin kənarındakı hündür ağacların qırılması, tuqay meşələrinin quruması və qırılması, pestisidlərdən maksimal istifadə etməklə yırtıcı quşların yem obyektlərinin azaldılması və zəhərləndirilməsi.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Xüsusi qoruma statusu olmayıb, hazırda ovlanması və satışı qadağandır. Hirkan, Şahdağ, Göy-göl və Altıağac Milli Parklarında, Zaqatala və İlisu Dövlət Təbiət Qoruqlarında nəzarət altında saxlanılır. CİTES, Bern və Bonn konvensiyalarına daxildir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Yuva sahəsində hündür ağacların qorunub saxlanılması.

İstinadlar

Həmçinin bax